Cümə , 29 Mart 2024
Ana səhifə / Azərbaycan / Güney azərbaycanlı fotoqraf beynəlxalq festivalda qızıl medal qazanıb

Güney azərbaycanlı fotoqraf beynəlxalq festivalda qızıl medal qazanıb

Güney Azərbaycanın Əhər şəhərindən olan fotoqraf Səid Qasimi Qırğızıstanda keçirilən FIAP Beynalxalq Filarmoniya festivalında qızıl medal qazanıb.

Tanınmış fotoqraf bu barədə yanvarın 16-da mətbuata danışıb.

“Milli park «Ala Archa» beynəlxalq fotoşəkil festivalı Asiyalı Fotoqraflar Dərnəyi tərəfindən, Qırğızıstanın Fokus və Beynalxalq İncəsənət Federasiyasının nəzarəti ilə baş tutub.”- deyə o bildirib.

Festival bir neçə bölümdə keçirilib.

Soydaşımız festivalda ənənəvi boyama əsəri ilə qızıl medala layiq görülüb.

Xudafərin məntəqəsinin Skanlu kəndində dünyaya göz açan Səid Qasimi Əhər şəhərində yaşayır. O bundan əvvəl milli və beynalxalq festivallarda 40-dan çox mükafata layiq görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir