Cümə , 19 Aprel 2024
Ana səhifə / Azərbaycan / Həmədan Əyaləti: Polisdən qaçan avtomobilin sürücüsü öldürülüb

Həmədan Əyaləti: Polisdən qaçan avtomobilin sürücüsü öldürülüb

Həmədan Əyaləti Rəzən Şəhər Polis İdarəsinin rəisi polis əməkdaşları ilə bir avtomobil sürücüsü arasında silahlı atışma olduğunu, hadisə nəticəsində sürücünün öldüyünü deyib.

Bu barədə Məhəmməd Baqir Sələgi çərşənbə günü mətbuata məlumat verib.

“Dünən Rəzəndə Polis Yoxlama Məntəqəsinin əməkdaşları yerli olmayan bir avtomobilə şübhələnib. Dərhal avtomobilə “dur” əmri verilib, Lakin sürücü polisin əmrinə tabe olmayıb və yoxlama məntəqəsindən uzaqlaşmağa çalışıb. Bundan sonra polis əməkdaşları avtomobilin izinə düşüb və onların həmkarları yola mismar ataraq maşının təkərini partdadıblar. Avtomobil dayandıqdan sonra sürücü polis əməkdaşlarını silahla atəşə tutub. Lakin o cavab atəşi nəticəsində yaralanıb və dərhal xəstəxanaya aparılıb. Bütün səylərə baxmayaraq həkimlər yaralının həyatını qurtara bilməyib”- deyə o bildirib.

Polis rəisi öldürülən şəxsin kimliyi barədə heç bir məlumat verməyib.

Faktla bağlı araşdırma aparılır.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir