Cümə , 29 Mart 2024
Ana səhifə / Azərbaycan / Sulduzun Kani bəndinin fəhlələri 4 aydır əmək haqlarını ala bilmir

Sulduzun Kani bəndinin fəhlələri 4 aydır əmək haqlarını ala bilmir

Sulduzun “Kani sib” bəndi suyunun Urmu gölünə intiqal edilməsi üçün tunel qazma projesində işləyən fəhlələr 4 aydır əmək haqlarını ala bilmir.

Əldə etdiyimiz məlumata görə, projenin fəhlələri əmək haqlarının ödənilməməsinə kəskin etiraz bildirib. Onlar məsullara etiraz əlaməti olaraq projedə işləri dayandırıb və işə çıxmaqdan imtina ediblər.

Sözügedən fəhlələr yazın son ayında da oxşar etiraza əl ataraq fəaliyyətlərini müvəqqəti olaraq dayandırmışdır.

“Kani sib” bəndi Sulduzun “Bəyim qala” kəndində yerləşir. Tunel qazma projesi Urmiyənin 120 kilometrliyində icra olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir