Çərşənbə , 24 Aprel 2024
Ana səhifə / Azərbaycan / Xoy şəhərində hədiyyəlik əşyalar və əl işləri sərgisi keçirilir

Xoy şəhərində hədiyyəlik əşyalar və əl işləri sərgisi keçirilir

Xoy Şəhərinin Turizm, Əl işləri və Mədəni İrs Təşkilatının rəisi martın 22-də Xoyda hədiyyəlik əşyalar və əl işləri sərgisinin açıldığını bildirib.

“Mehr” xəbər agentliyinin yaydığı məlumata görə, Əziz Mirzayi cümə günü keçirilən açılış mərasimində geniş çıxış edib: “Əşyalar və əl işləri sərgisi Şəms Təbrizi türbəsində fəaliyyətə başlayıb, sərgi martın 30-dək işini davam etdirəcək.

Sərgidə dəri məmulatları, gəlincik və bal kimi qida məhsulları nümayiş etdiriləcək, rəssamlıq və vizual sənətlərə aid məhsullar isə xüsusi pavilyonlarda sərgilənəcək.”

Əziz Mirzayi 20 pavilyonun fəaliyyət göstərdiyini diqqətə çatdıraraq qeyd edib ki, sərgi bölgənin hədiyyəlik əşyaları və əl işləri məhsullarını tanıtdırmaqda böyük əhəmiyyət daşıyır.

Sərgiyə baxış keçirmək istəyənlər martın 30-dək hər gün Şəms Təbrizi türbəsinə müraciət edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir