Çərşənbə axşamı , 23 Aprel 2024
Ana səhifə / Seçilmiş xəbərlər

Seçilmiş xəbərlər

“Traxtur” klubunun rəsmi saytı “Səttarxan”ın şəkilini senzura edib

Güney Azərbaycanın “Traxtur” futbol klubunun rəsmi saytı yaydığı xəbərdə Milli Sərdar Səttarxanın şəkilini senzura edib. Belə ki, rəsmi mətbuat orqanı klub məsulları ilə futbolçu Okaça Həmzavi arasında imzalanan müqavilə ilə bağlı xəbər yayıb. Yayılan görüntüdə Milli Sərdar Səttarxanın divardan asılmış şəkili Photoshop vasitəsi ilə silinib. Okaça Həmzavi isə şəkili olduğu …

Davamı...

Güney azərbaycanlı milli-mədəni fəal Mehrdad Şeyxi müvəqqəti olaraq azadlığa buraxılıb

Ərdəbil sakini olan güney azərbaycanlı milli-mədəni fəal Mehrdad Şeyxi müvəqqəti olaraq sərbəst buraxılıb. O 30 milyon tümənlik mülki vəsiqə qarşılığında yanvarın 16-da azad edilib. Mehrdad Şeyxi yanvarın 8-i Təbriz vaxtı ilə saat 09:30-da hakim Məhdəvinin sədrliyi ilə keçirilən məhkəmə prosesində iştirak etmək üçün Ərdəbil İnqilab Məhkəməsinin 2-ci şöbəsinə müraciət edib, …

Davamı...

İctimai Məkanlara Nəzarət İdarəsi Əli Lisaninin iş yerini bir dəfəlik bağlayıb – Ərdəbildə

Ərdəbildə İctimai Məkanlara Nəzarət İdarəsi (Əmakin) tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin oğlu Əli Lisaninin mağazasını bir dəfəlik bağlayıb, idarə rəsmiləri ona xaric ölkələrə köçməsini məsləhət görüb. Məlumata görə, İctimai Məkanlara Nəzarət İdarəsi Əli Lisanini idarəyə çağıraraq onun artıq Ərdəbil bazarında iqtisadi fəaliyyətlə məşğul ola bilməyəcəyini deyib. Tanınmış fəalın …

Davamı...

Meşginşəhrdə saxlanılan Siyamək Seyfi ittihamlardan bəraət qazanıb

2019-cu il noyabr ayı etirazları ilə əlaqədar saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Siyamək Seyfi irəli sürülən ittihamlardan bəraət qazanıb. Fəal ötən il noyabr ayında İran və Güney Azərbaycan şəhərlərində bahalığa qarşı keçirilən etiraz aksiyaları  bəhanəsi ilə Meşginşəhrdə (Xiyav) yaxalanıb, o 10 gün saxlandıqdan sonra 150 milyon tümənlik mülki vəsiqə qarşılığında …

Davamı...

İşgəncəçilər ərəb məhbuslardan tələb edir: “Nəcis; farsca danış…”

Vaxtı ilə siyasi məhbus olan əmək fəalı Sepide Qəlyan İran rejiminin həbsxanalardakı cinayətlərini növbəti dəfə ifşa edib. O bu barədə Twitter səhifəsində məlumat paylaşıb. Xanım Sepidə Qəlyan Əhvazda həbs olunan yerli ərəblərdən birinin həbsxanada ağır işgəncə olunaraq fars dilində danışmağa məcbur edildiyini bildirib.   “İşgəncəçilər İsmayılı batum (polis dəyənəyi) və …

Davamı...

Türk dilində danışmağa təkid etdiyi üçün zəncanlı aparıcının fəaliyyətinə məhdudiyyət qoyulub

İran Teleradio Şirkətinin məsulları zəncanlı aparıcı Payan Dadaşinin fəaliyyətinə türk dilində danışmağa təkid etdiyi üçün məhdudiyyət qoyublar. Məlumata görə, bir neçə gün əvvəl Tarım şəhərindən olan bir gənc Zəncan Əyaləti Telekanalının “Gecələr” verilişinə dəvət olunub. Azərbaycanlı gənc özünü fars dilində təqdim edərkən aparıcı Payan Dadaşi ona xatırladıb ki, bu veriliş …

Davamı...

Güney azərbaycanlı fotoqraf Qırğızıstanda qızıl medal qazanıb

Qırğızıstanda FIAP Beynalxalq Filarmoniya-2019 festivalı keçirilib. Bu festival Asiyalı Fotoqraflar Dərnəyi tərəfindən, Qırğızıstanın Fokus və Beynalxalq İncəsənət Federasiyasının nəzarəti ilə baş tutub. Festival 6 bölümdə keçirilib. Zəncanlı fotoqraf Bəhram Bəyat bu festivalda “Musiqi və cəmiyyət” bölümündə qızıl medal qazanıb. Onun əsəri  Zəncanın məşhur aşıqlarından olan “Aşıq Fəttah”a aid olub. Xatırladaq …

Davamı...

Güney azərbaycanlı milli-mədəni fəallar türkcə kitab paylayıb – Astarada / VİDEO

Güney Azərbaycanın Astara şəhərində yerli yeniyetmələr arasında türkcə kitablar paylanılıb. Azərbaycanlı milli-mədəni fəalların kitab paylama tədbiri uşaqlar tərəfindən böyük rəğbətlə qarşılanıb. Mədəni tədbirin Azərbaycan Milli Hökumətinin quruluşunun 74-ci ildönümü ərəfəsində hökumətin ən yüksək postlarında işləyən, milli demokratik hərəkatın rəhbərlərindən olan mərhum Fridun İbrahiminin doğulduğu şəhərdə keçirilməsi Azərbaycan Milli Hökuməti şəhidlərinin …

Davamı...

Sürgündə olan fəal Siyamək Mirzayi yenidən həbsə məhkum edilib və ölkədən çıxışı məhdudlaşdırılıb- FOTO

Tehran İnqilab Məhkəməsinin 26 saylı şöbəsi hazırda sürgündə olan güney azərbaycanlı siyasi fəal Siyamək Mirzayinin yenidən 1 il həbsə məhkum edilməsi və ölkədən çıxışına qadağa qoyulması ilə bağlı hökm çıxarıb. İman Əfşarinin sədrliyi ilə keçirilən məhkəmə iclasında hazırda Qain şəhərində sürgündə olan fəala qarşı “İran İslam Respublikası siyasi sisteminə qarşı …

Davamı...

Urmiyadan Təbrizə türk şüarları ilə dəstək- VİDEO

Güney Azərbaycanın Təbriz şəhərində insanların benzinin bahalaşması, kasıblıq və işsizliyə görə etiraz aksiyasına start vermələrindən sonra Urmiya əhalisi də ayağa qalxaraq, türk şüarları səsləndirməklə, təbrizlilərə dəstək verib. Təbrizə dəstək verən urmiyalılar “Urmiya oyaqdır, Təbrizə dayaqdır” şüarı səsləndiriblər. Təbrizdə ayağa qalxan insanlar isə “Təbriz yatmayıb, qeyrətini atmayıb” şüarı ilə şovinist rejimin …

Davamı...