Cümə , 19 Aprel 2024
Ana səhifə / İran / 100-dən çox siyasi və mədəni fəal İbrahim Rəisinin məhkəmə sisteminin rəhbəri təyin edilməsini yaranın üzərinə duz basmaq adlandırıb

100-dən çox siyasi və mədəni fəal İbrahim Rəisinin məhkəmə sisteminin rəhbəri təyin edilməsini yaranın üzərinə duz basmaq adlandırıb

100-dən çox siyasi və mədəni fəal İbrahim Rəisinin 1988-ci ildə İranda minlərlə siyasi məhbusun edamındakı rolunu vurğulayaraq, bu təyinatı Əli Xamneyinin cinayətkarlara verdiyi “hədiyyə” kimi dəyərləndirib.

Fəalların məsələ ilə bağlı yaydıqları bəyanatda bildirilir ki, İbrahim Rəisi 1988-ci ildə edam edilmiş minlərlə siyasi məhbusun ailələri tərəfindən qatil kimi tanınır. Buna görə də həbs edilməli olan bir şəxsin məhkəmə sisteminin rəhbəri təyin edilməsi ictimai rəyə hörmət etməməkdan başqa, həmin ailələrin yarasına duz basmaqdır.

Məktubu imzalayanlar bu təyinatı “İran dini liderinin ictimai rəyə və beynəlxalq imicə hörmət qoymadığının və bir qrup məmurun arzu və istəklərini milli mənafedən üstün tutduğunun daha bir bariz nümunəsi” adlandırıblar.

Qeyd etmək lazımdır ki, minlərlə siyasi məhbusun edam edilməsində əli olan İbrahim Rəisi həm ölkə daxilində, həm də beynəlxalq arenada qatil kimi tanınır. Onun məhkəmə sisteminin rəhbəri təyin edilməsinə münasibət bildirən Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin sözçüsünün müavini bu təyinatı “rüsvayçılıq” adlandırıb. “Human Rights Watch” təşkilatı isə bunun İran insan hüquqlarının daha da tənəzzülə uğradığının göstəricisi olduğunu bildirib.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir