Çərşənbə axşamı , 16 Aprel 2024
Ana səhifə / İran / Kanada: “İranın vurduğu Ukrana təyyarəsi ilə bağlı ədalətin bərqərar olmasından əl çəkməyəcəyik”

Kanada: “İranın vurduğu Ukrana təyyarəsi ilə bağlı ədalətin bərqərar olmasından əl çəkməyəcəyik”

Kanadanın Xarici İşlər naziri Fransua-Filip Şampan, eləcə də Yol və Nəqliyyat naziri Mark Qrano “Sepah” terro təşkilatının yanvarın 8-də vurduğu Ukrayna sərnişin təyyarəsi ilə bağlı birgə bəyanat yayıblar.

Nazirlər Kanada dövlətinin adından yaydıqları həmin bəyanatda hökumətin cinayət qurbanlarının ailələri və yaxınlarının dərdinə şərik olduğunu bildirərək, onlara bir daha başsağlığı verib.

“Bu cinayət bütün kanadalıları dərindən sarsıtdı. Biz cinayət qurbanlarını unutmadığımız kimi, onların və ailələri barəsində ədalətin bərqərar olmasından da əl çəkməyəcəyik”, – deyə hadisə qurbanlarının ölümünün 100-cü günü münasibətilə yayılmış bəyanatda vurğulanır.

Kanada, Ukrayna, İsveç, Britaniya və Əfqanıstan hökumətləri bir müddət əvvəl yaydıqları ayrı-ayrı bəyanatlarda İrandan cinayət işi ilə bağlı məsuliyyəti qəbul etməyi, cavab verməyi, müstəqil və şəffaf araşdırmalar aparmağı, habelə ədalətin öz yerini alması və hadisə qurbanlarının ailələrinə kompensasiyaların ödənməsini tələb ediblər.

Xatırladaq ki, cari ilin yanvar ayının 8-də “Sepah”ın iki raketlə vurduğu Ukrayna hava yollarına məxsus BOEİNG-752 təyyarəsində olan 176 sərnişinin hamısı ölmüşdü. Bundan sonra rəsmi Tehran məsələni ört-basdır etməyə, təyyarənin texniki nasazlıq səbəbindən qəzaya uğradığını deməyə çalışsa da, beynəlxalq təzyiqlər nəticəsində hava gəmisinin “Sepah” terror təşkilatı tərəfindən vurulduğunu qəbul etməyə məcbur olmuşdu. Təyyarə qurbanları arasında Kanadanın 55, digər yuxarıda sadalanan ölkələrin isə hər birinin bir neçə vətəndaşı var idi.

Hazırda koronavirus səbəbindən qəbul edilmiş qlobal məhdudiyyətlərə görə cinayət işi və təyyarənin qara qutusunun oxunması ilə əlaqədar işlər təxirə düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir