Cümə , 29 Mart 2024
Ana səhifə / Tag Archives: Bələdiyyə İdarəsi

Tag Archives: Bələdiyyə İdarəsi

Təbrizin “Şəhrdari” komandası İran çempionatının I dəstəsinin yarışlarında mübarizəni dayandırdı – Səbəb?

Təbriz Bələdiyyə İdarəsi məsullarının laqeyd münasibəti nəticəsində bu şəhərin “Şəhrdari” futbol komandası İran çempionatının I dəstəsinin yarışlarında mübarizəni dayandırıb. Bu barədə Elm və Ədəb Klubu (Şəhrdari-i Təbriz” bəyanat yayaraq verdiyi qərarın səbəblərini açıqlayıb. “Bildiyiniz kimi, Təbrizin Bələdiyyə İdarəsi bir müddət əvvəl nəzarətində olan bütün idman komandalarını ləğv etdi. Elm və Ədəb …

Davamı...

Məsudi Reyhan: “Şəhrdari” komandasının kiməsə ötürülməsi Təbrizin aşağılanması deməkdir

Təbriz Şəhər Şurasının üzvü “Şəhrdari” voleybol komandasının kiməsə ötürülməsinə birmənalı olaraq qarşı olduğunu bildirib. Qulamhüseyn Məsudi Reyhan bu barədə “İsna” xəbər agentliyinə danışıb. “20 ildir ki, bu komandanın üzərində iş aparılır. Təbrizin başqa şəhərlərdən nəyi azdır ki, biz komandamızı başqalarına ötürmək üçün xahiş eləyək?! Bəlkə də mən Şəhər Şurasında bu …

Davamı...

Şəhərin məişət tullantıları Qaradağ meşələrinə atılır – VİDEO

Avqust ayında dəhşətli yanğına məruz qalaraq yüzlərlə hektar sahəsi məhv olan Qaradağ meşələrində daha bir problem ortaya çıxıb. Əldə etdiyimiz məlumata görə, meşənin Kəleybər şəhərinin Oskulo kəndi ətrafındakı hissəsində çoxlu məişət tullantısı müşahidə olunub. Videosu sosial şəbəkələrdə yayılan tullantıların Kəleybər Bələdiyyə İdarəsi tərəfindən meşə sahəsinə atıldığı bildirilir. Güney Azərbaycan üçün …

Davamı...

Təbrizdə Ərk qalasının ərazisində tikiləcək parkingin inşaat işləri tendərə çıxarılıb

İranın hökumət orqanları Təbrizin tarixi Ərk qalasını sıradan çıxartmaq məqsədi ilə tarixi məkanın ətraf ərazisində parking tikmək qərarına gəlib, artıq parkingin tikinti işləri hökumətə yaxın şirkətlər arasında tendərə çıxarılıb. 2016-cı il noyabr ayında, mətbuatda Ərk qalasının ətrafında parking tikmək məqsədi ilə ağır texnikanın işlədiyi barədə geniş məlumat yayılmışdır. Yerli əhali …

Davamı...

Həmədanda taksilərin gediş haqqı artıb

Həmədan Bələdiyyə İdarəsinin Daşımaçılıq və Taksi Xidmətinin müdiri şəhərdə taksilərin gediş haqqının bahalaşdığını bildirib. “Cavan Müxbirlər Klubu”nün yaydığı məlumata görə, Milad Kərimi bütün marşrutlar üzrə yeni qiymətlərin taksilərin şüşəsinə yapışdırıldığını deyib. Onun sözlərinə görə, taksilərdə gediş haqqı 25 faizdən 30 faizədək bahalaşıb. “Həmədan şəhərinin Ticarət, Mədən və Sənaye Təşkilatı, Şəhər …

Davamı...

Təhlükəsizlik qüvvələrinin təzyiqi ilə Azərbaycan rəqsini əks etdirən fiqurlar qaldırılıb – Ərdəbildə

Ərdəbil Bələdiyyə İdarəsi təhlükəsizlik orqanlarının göstərişi ilə Azərbaycan mədəniyyətinə qarşı daha bir addım atıb. Məlumata görə, parklardan birində quruşdırılan Azərbaycan milli rəqslərini əks etdirən fiqurlar iki gün sonra yerindən götürülüb. Bölgə əhalisi bunun təhlükəsizlik orqanlarının təzyiqi ilə baş verdiyini bildirir. Sözügedən 7 fiqur aprelin 18-də dibindən kəsilərək götürülüb və naməlum …

Davamı...