Çərşənbə axşamı , 23 Aprel 2024
Ana səhifə / Tag Archives: etiraz

Tag Archives: etiraz

Ruzbeh və Yaşar Piri Təbrizin Mərkəzi Zindanından müvəqqəti azadlığa buraxılıb

Güney azərbaycanlı milli-mədəni fəallar Ruzbeh və Yaşar Piri 3 ay qanunsuz olaraq saxlandıqdan sonra fevralın 5-də Təbrizin Mərkəzi Zindanından azadlığa buraxılıb. Piri qardaşları mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb. Onlar 2019-cu ilin noyabr ayında İranda bahalığa qarşı keçirilən etiraz aksiyaları zamanı bir çox azərbaycanlı fəal kimi təhlükəsizlik qüvvələri tərəfindən …

Davamı...

Güney azərbaycanlı milli-mədəni fəal Süleyman Kazimi həbs edilib

Güney azərbaycanlı milli-mədəni fəal Süleyman Kazimi, barəsində çıxarılan 7 aylıq həbs cəzasını çəkmək üçün həbs edilib. Fəalın hökmü fevralın 3-də icra olunub. O Şərqi Azərbaycan Əyalətinin Əhər şəhərinin zindanında həbs olunub. S.Kazimi 2015-ci il noyabrın 12-də irqçilik zəminində yayımlanan məlum təhqiramiz “Fitilə” televiziya verilişinə qarşı keçirilən etiraz aksiyalarında iştirak etdiyi …

Davamı...

Azərbaycanlı məhbuslardan biri dodaqlarını tikərək aclıq aksiyası keçirir – Mərənd həbsxanasında

Güney Azərbaycanın Mərənd şəhərinin zindanında həbs edilən məhbuslardan biri dodaqlarını tikərək aclıq aksiyasına başlayıb. Adi ittihamlara görə həbs cəzasına məhkum edilən azərbaycanlı məhbus Cavad Rəhimzadə yanvarın 22-də aclığa başlayıb. O məhbusların həbsxanaya nəzarət edən hakim tərəfindən təzyiqlərə məruz qalması, həmçinin məhbuslar və görüş zamanı onların ailəsinə edilən hörmətsizliyə etiraz olaraq …

Davamı...

Tikantəpədə terrorçuların simvolunu qaldıranlara etiraz edənlər məhkəməyə çağırılıb

Qərbi Azərbaycan Əyalətinin Tikantəpə şəhərinin yerli olmayan bələdiyyə başçısı Naseh Məhəmədxaninin şikayəti əsasında 12 tikantəpəli soydaşımız məhkəməyə çağırılıb. Onlar şəhərdə “Pejak” terror qruplaşmasının simvolunu heykəl üzərində quraşdırıb və qaldıranlara etiraz etdikləri üçün bələdiyyə başçısının qəzəbinə tuş gəlib. Məlumata görə, Tikantəpə İnqilab Məhkəməsinin 1-ci şöbəsi (Dadsəra) Saib Nəhavəndi Tikantəpə, Yavərəli Qəmərniya, …

Davamı...

Güney azərbacanlı öyrənci Məleykə Qaragözlü müvəqqəti azadlığa buraxılıb

Tehranda Əllamə Təbatəbayi Universitetində jurnalistka ixtisası üzrə təhsil alan Məleykə Qaragözlü təcridxanadan müvəqqəti sərbəst buraxılıb. Güney azərbaycanlı öyrənci 600 milyon riallıq vəsiqə qarşılığında dekabrın 1-də Evin zindanından azad edilib. Məleykə Qaragözlü benzinin bahalaşması ilə əlaqədar keçirilən etiraz aksiyaları zamanı yaxalanmışdır, o sərbəst buraxılanadək Evin zindanının “Sepah”ın kəşfiyyat mərkəzinə məxsus bölümündə …

Davamı...

Urmiyada iki azərbaycanlı fəal saxlanılıb

Urmiya şəhərində güney azərbaycanlı milli-mədəni fəallardan ikisi saxlanılıb. Əli Əzizi və Salar Tahiri Əfşar Ettelaat əməkdaşları tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb. Fəallar kütləvi etiraz aksiyalarının 6-cı günü, noyabrın 20-də saxlanılıb. İranda kütləvi etirazlar keçirildiyi günlərdə Güney Azərbaycanda onlarla fəal saxlanılıb. Ehtimal olunur ki, təhlükəsizlik qüvvələri aksiyaların Güney Azərbaycan şəhərlərini bürüməsindən …

Davamı...

Zəlzələ bölgəsinin əhalisi yardım edilmədiyinə görə hökumətə etiraz bildirir – VİDEO

Xəbər verdiyimiz kimi, noyabrın 8-də Şərqi Azərbaycanın Tərk şəhəri məntəqəsində təxminən 6 bal gücündə zəlzələ baş verib. Zəlzələ kəndlərdə çox sayda insanın ölümü və xəsarət almasına səbəb olub. Təbii fəlakət baş verdikdən sonra gözlənildiyi kimi yenə də dövlət tərəfindən zəlzələdən zərərçəkənlərə vaxtı-vaxtında və yetəri qədər yardım edilməyib. Vərənkeş kəndində həyatını …

Davamı...

Paniranistləri qəzəbləndirən şüarlar bu dəfə Xuzistanda səsləndirilib – VİDEO

İran rejiminin etniklərin hüquqlarını tanımaması təkcə Güney Azərbaycanda deyil, İran coğrafiyasında yaşayan digər millətlər tərəfindən də etirazla qarşılanır. Aşağıdakı video ötən günlərdə Əhvazın “Fulad” komandasının fulad stadionunda keçirdiyi görüşə aiddir. Komandanın ərəb tərəfdarları “Məsələm var, məsələm ərəb xalqının məsələsidir” şüarı səsləndirərək stadionu lərzəyə gətiriblər. İraqda baş verən inqilab və etirazçılara …

Davamı...

3 il keçdi – Təbriz-Məşhəd qatarında baş verən hadisəyə görə kimlər müqəssirdir?

Təbrizin İran parlamentindəki millət vəkili Əhməd Əlirza Beygi Təbriz-Məşhəd qatarının keçirdiyi qəzadan təxminən 3 il keçməsinə baxmayaraq hələ də hadisə ilə bağlı hesabatın açıqlanmadığına etiraz edib. Bu barədə mətbuata danışan millət vəkili hadisənin araşdırılmadığını Azərbaycan əhalisinə qarşı hörmətsizlik adlandırıb. “Bu məsələyə görə parlamentin rəyasət heyətinə ciddi xəbərdarlıq etdim. Bildirdim ki, …

Davamı...

Türkiyəli soydaşlarımızdan “Traxtur”un cəzalandırılan oyunçusu Mehdi Bəbriyə dəstək – VİDEO

Xəbər verdiyimiz kimi, Güney Azərbaycanın “Traxtur” futbol komandasının oyunçusu Mehdi Bəbri İnstagram səhifəsində görüntü paylaşaraq Türkiyənin Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatına dəstək bildirdiyi üçün İran Futbol Federasiyası tərəfindən cəzalandırılıb. Bu məsələ Güney Azərbaycanla yanaşı türkiyəli soydaşlarımızın da etirazına səbəb olub. İran Futbol Federasiyasının Əxlaq Komitəsi Mehdi Bəbrinin əməlini “qeyri-əxlaqi və …

Davamı...