Urmiyanın tanınmış azərbaycanlı şairlərindən olan , Azərbaycan Milli Hərəkatının fəalı Fars Təyyar Quluncu vəfat edib. “Katib oğlu” adı ilə tanınan şairin uzun müddətdir xərçəng xəsyəliyindən əziyyət çəkdiyi bildirilir. “Könüldən dilə” şeir toplusunun müəllifi olan Təyyar Quluncu mərhum “Dədə katib”in oğludur. Mərhum şairdən çoxlu şeir əsərləri qaldığı, onun şeirlərinin yerli aşıqlar …
Davamı...Güney azərbaycanlı vəkil Məhəmməd Güneylinin apellyasiya məhkəməsi keçirilib
Güney Azərbaycan Milli Hərəkatının fəalı və vəkil Məhəmməd Güneylinin apellyasiya məhkəməsi keçirilib. Fəalın apellyasiya məhkəməsi fevralın 13-də Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin 26-cı şöbəsində hakim Dövlət Abadinin sədrliyi ilə keçirilib. Apellyasiya məhkəməsində azərbaycanlı vəkilin “virtual məkanda yalan məlumat yaymaq və millətçilik zəminində mətləblər paylaşmaqla sistemin əleyhinə təbliğat aparmaq” ittihamına baxılıb. Fəal …
Davamı...Güney azərbaycanlı vəkil Məhəmməd Güneylinin altıncı məhkəmə iclası keçirilib
Yanvarın 30-da güney azərbaycanlı milli-mədəni fəal və vəkil Məhəmməd Güneylinin Təbrizin İnqilab Məhkəməsində altıncı məhkəmə iclası keçirilib. Məhkəmə iclasında fəala qarşı irəli sürülən “özünü dövlət məmuru kimi təqdim edən səlahiyyətsiz şəxslərə gizli məlumat ötürmək” və “düşmən ölkələrlə irtibaq qurmaq və əməkdaşlıq etmək” ittihamlarına baxılıb. Məhkəmə prosesində prokurorluq və “Sepah”ın nümayəndələri …
Davamı...Güney azərbaycanlı vəkil Məhəmməd Güneyli apellyasiya məhkəməsinə çağırılıb
Güney azərbaycanlı milli-mədəni fəal və vəkil Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin 26-cı şöbəsinə çağırılıb. Yanvarın 25-də məhkəmənin elektron sistemi tərəfindən göndərilən çağırış vərəqəsində fəaldan fevralın 13-ü yerli vaxtla saat 09:30-da apellyasiya məhkəməsinə müraciət etməsi tələb olunub. Çağırış vərəqəsində qeyd olunub ki, apellyasiya məhkəməsində “sistemin əleyhinə təbliğat aparmaq” ittihamına baxılacaq. Təbriz İnqilab …
Davamı...Məktəblərin açılışı günü münasibəti ilə “Ana dili” ilə bağlı türkcə sənədli film – VİDEO
Xəbər verdiyimiz kimi, sentyabrın 23-də (mehrin 1-də) İran və Güney Azərbaycanda yeni dərs ilinə başlanılıb. Təhsil müəssisələrinin açılışı günü münasibəti ilə güney azərbaycanlı milli fəal Yaşar Əsədi türk dilində sənədli film hazırlayıb. Uşaqların birinci sinifdə bilmədiyi bir dildə təhsilə başlaması şübhəsiz ki, bir çox problemlərə yol açır. Məktəblilərin özgüvənin azalması, …
Davamı...Babək Vəlipur müvəqqəti azadlığa buraxılıb
Güney azərbaycanlı milli-mədəni fəal Babək Vəlipur zaminə buraxılıb. O mayın 25-də Tehranda Ettelaat əməkdaşları tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılmışdır. Azərbaycanlı fəalın 37 gün saxlandıqdan sonra müvəqqəti olaraq zaminə buraxıldığı bildirilir. Fəal saxlandığı zaman etibarlı bir mənbə bu barədə GünAz TV-yə məlumat vermişdir. “Babək Vəlipurla Yaşar Nikru görüşməli idi. Lakin Babək …
Davamı...Məhəmməd Dorostinin həbs cəzası cərimə hökmü ilə əvəzlənib
Güney Azərbaycanlı milli-mədəni fəal Məhəmməd Dorostinin 6 aylıq həbs cəzası cərimə hökmü ilə əvəzlənib. Fəal bundan əvvəl Xoy Şəhər İnqilab Məhkəməsinin 1-ci şöbəsində Azərbaycan Milli Hökumətinin yaradılmasının (1945-ci il “21 Azər” hərəkatı) ildönümü ilə əlaqədar “bildiriş yaymaqla sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə 6 ay azadlıqdan məhrum edilib. Fəal, məhkəmə …
Davamı...Azərbaycanlı siyasi məhbus Lətif Həsəni məzuniyyətə çıxıb
Azərbaycanlı siyasi məhbus Dr. Lətif Həsəni Kərəcin Rəcayişəhr zindanından məzuniyyətə çıxıb. Fəalın həyat yoldaşı Əzəm Pirinin İnstaqram səhifəsində paylaşdığı məlumata görə, siyasi məhbus martın 20-də 3 günlük məzuniyyətə buraxılıb. Azərbaycanlı fəal hal-hazırda həbsxanada 9 illik həbs cəzasını çəkməkdədir. Birinci dəfə 5 il həbsdən sonra məzuniyyətə buraxılan fəal üçüncü dəfədir ki, …
Davamı...Təbrizdə divarlara növbəti dəfə posterlər yapışdırılıb: “Biz hamımız Abbas Lisaniyik”
Bir aydan çoxdur Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılan tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin saxlanmasına etirazlar davam edir. Son məlumata görə, Təbriz şəhərində növbəti dəfə divarlara Abbas Lisani və digər azərbaycanlı siyasi məhbusların azadlığını tələb edən posterlər yapışdırılıb. Posterlərə ingilis və fars dillərində “Abbas Lisani Azərbaycan millətinin səsidir”, “Abbas Lisanini …
Davamı...