Cümə axşamı , 28 Mart 2024
Ana səhifə / Tag Archives: Güney Azərbaycan

Tag Archives: Güney Azərbaycan

Əhməd Obalı Hudson İnstitutunun araşdırmaçısı ilə müsahibədə: “İranda etniklərin dəstəyi olmadan hakimiyyət dəyişikliyi mümkün deyil”

Güney Azərbaycan Televiziyasının təsisçisi Əhməd Obalı ABŞ-ın Hudson İnstitutu Siyasi-Hərbi Analitika Mərkəzinin baş elmi tədqiqatçısı Michael Doran ilə  eksklüziv müsahibədə İran İslam Respublikasının qarışıq siyasi-ictimai vəziyyətini və ölkədəki qeyri-fars millətlərin tələblərini şərh edib. Müsahibənin əsas mövzusu İslam Respublikası, fars müxalifət və qeyri-fars millətlərdir. Michael Doran Yaxın Şərq məsələləri üzrə təhlilçi, …

Davamı...

“Qəzvin əyalətində yeni mis mədənində istehsal işləri başlayır”

Qəzvin Əyalətində yerləşən aşağı Tarəm mis mədəni projesində işlər yekunlaşıb, mədən 2 ay ərzində rəsmən fəaliyyətə başlayacaq. Bu barədə Qəzvin Valiliyinin Yatırıma Dəstək Ofisinin rəisi Murtaza Əlixani valilikdə keçirilən iclasda çıxış edərkən danışıb. “Mədəndə işlərin 100 faizi görülüb, artıq istifadəyə verilmək ərəfəsindədir. Bu, 2 ay ərzində baş verəcək. Mədənin fəaliyyətinə …

Davamı...

“Traxtur” və “Maşınsazi” dünya reytinqində 2 pillə irəliləyib

Güney Azərbaycanın “Traxtur” və “Maşınsazi” klubları dünya klublarının reytinq siyahısında 2 pillə irəliləyib. Məlumata görə, məşhur “clubworldranking” saytı dünyanın ən güclü klublarının yeni reytinq siyahısını açıqlayıb. Cədvəldə Güney Azərbaycan klubları da yer alıb. Hesabında 2290 xal olan “Traxtur” 330-cudur. Azərbaycan komandası ötən siyahı ilə müqayisədə 2 pillə irəliləyib. Siyahıya düşən …

Davamı...

Həmədan şəhər həbsxanasında koronavirusla bağlı üsyanda 2 nəfər canını itirib

Güney Azərbaycanın Həmədan şəhərinin “Əlvənd” həbsxanasında koronavirusla bağlı baş verən üsyanda iki nəfər canını itirib. Koronavirus infeksiyasının İran həbsxanalarında da yayılması ilə bağlı xəbərlərin dərc olunmasından sonra, artıq bir həftədən çoxdur ki, cəzaçəkmə məntəqələrində ardıcıl üsyanlar baş verir. “İRNA” dövlət xəbər agentliyi mart 28-də yaydığı xəbərdə Həmədan həbsxanasında “məhbuslar arasında …

Davamı...

Mehdi Nəimi: İran hakimiyyəti türk dili sahəsində çalışan fəalları hədəf alır – Müsahibə

Son vaxtlar Tehranda türk dili haqları müdafiəçiləri və türkcə kitab nəşri və satışı sahəsində fəaliyyət göstərən nəşriyyata qarşı basqılar olduqca ağırlaşıb. “Amerikanın Səsi”nə danışan təhlilçi Mehdi Nəimi deyir ki, “Güney Azərbaycandan uzaqlaşaraq Tehranda fəaliyyət göstərən türklər dərdləri daha dərindən hiss etdikləri üçün ciddi fəaliyyətlər həyata keçirilər.” Keçən illərdə Dünya Ana …

Davamı...

Qəzvin Əyalətinin ilk və yeganə qadın bələdiyyə başçısı istefa verib

Məhəmmədiyyə Şəhər Şurasının sözçüsü şəhərin bələdiyyə başçısı Məryəm Nəxostinin istefa verdiyini açıqlayıb. Ümid Münfərib bu barədə yanvarın 22-də “Fars” xəbər agentliyinə danışıb. “Məryəm Nəxostin bu gün Şəhər Şurasının iclasına qatılaraq istefa ərizəsini rəyasət heyətinə təqdim edib.”- deyə o diqqətə çatdırıb. Şura sözçüsü Məryəm Nəxostinin istefasının səbəbi barədə hər hansı məlumata …

Davamı...

Zəncanda beyin ölümünə düçar olmuş 28 nəfərin bədən orqanları ehtiyacı olan xəstələrə bağışlanıb

Zəncan Əyalətində cari ildə (İranda yeni il Novruz bayramında başlayır) beyin ölümünə düçar olmuş 28 nəfərin bədən orqanları ehtiyacı olan xəstələrə bağışlanıb. Əyalətdə 27 və 28-ci bədən orqanı bağışlanması faktı ötən həftə qeydə alınıb. Məlumata görə, 33 yaşlı qadının ürək, qara ciyər və böyrəkləri, 56 yaşlı kişinin isə qara ciyər …

Davamı...

Əhməd Obalı: Reallıq budur ki, millət Amerikanın tərəfindədir – Müsahibə / VİDEO

Güney Azərbaycan televiziyasının təsisçisi Əhməd Obalı İranda son hadisələrlə bağlı “Amerikanın Səsi”nə müsahibə verib. Yanvarın 3-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) yüksək rütbəli generalı Qasım Süleymanini öldürməsinə cavab olaraq İranın İraqda Amerika hərbi qüvvələrinin bazasına raket zərbələri endirməsindən sonra Birləşmiş Ştatlar və İran arasında münasibətlərdə gərginliyin artdığı şəraitdə sərnişinlərinin əksəriyyəti iranlılardan …

Davamı...

“Traxtur” Türkiyədə təlim-məşq toplanışında

Güney Azərbaycanın “Traxtur” futbol komandası Türkiyədə təlim-məşq toplanışı keçirir. Yanvarın 8-dən baş məşqçi Sakit İlhaminin rəhbərliyi altında Antalya şəhərində hazırlığa start verən milli komandamız 11 gün müddətində fiziki hazırlığı yüksəltmək istiqamətində məşqlərini davam etdirəcək. Komandanın Antalyada olduğu müddətdə yoldaşlıq görüşləri keçirəcəyi planlaşdırılır. Sakit İlhaminin yetirmələri Antaliyaya çatdığı gün axşam saatlarında …

Davamı...

Zəncan yolunda baş verən avtobus qəzasında ölənlərin sayı 10 nəfərə çatıb

İsfahandan Təbrizə gələrkən Zəncan şəhəri yaxınlığında qəza keçirən avtobusda xəsarət alan sərnişinlərdən daha biri həyatını itirib. Son məlumata görə, Zəncanın Musəvi xəstəxanasında müalicə alan yaralılardan 1-i həkimlərin səyinə baxmayaraq həyatını itirib. Bununla da qəzada ölənlərin sayı 10 nəfərə çatıb. Bu barədə Zəncan Əyaləti Yol Polisi İdarəsinin rəisi Abbas Müzəffəri “İrna” …

Davamı...