Cümə , 19 Aprel 2024
Ana səhifə / Tag Archives: həbs

Tag Archives: həbs

Tövhid Əmir Əmini və Kiyanuş Aslaninin saxlanmasından bir il keçdi

Ötən il Beynəlxalq Ana Dili günü münasibəti ilə təbrik posterləri paylayan güney azərbaycanlı milli-mədəni fəalların saxlanmasından bir il ötdü. Tövhid Əmir Əmini və Kiyanuş Aslani 2019-cu il fevralın 20-də Tehranda poster payladıqları üçün saxlanılıb. Fəallar Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində  “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə” və “sistemin …

Davamı...

Əlirza Fərşinin hansı ittiham üzrə saxlandığı barədə yayılan xəbərlər təkzib edilir / Təhlükəsizlik qüvvələri fəala qarşı kobud davranıb

Güney azərbaycanlı milli-mədəni fəal Əlirza Fərşinin hansı ittiham üzrə saxlandığı barədə yayılan xəbərlər onun ailəsi tərəfindən təkzib edilir. Bu barədə yayılan şayiələr şübhəli və məqsədyönlüdür. Güney azərbaycanın Mərənd şəhərində doğulan milli-mədəni fəal yanvarın 8-də Tehranda öz iş yerində mülki geyimli şəxslər tərəfindən saxlanılıb. O saxlandıqdan sonra əlləri qandallı şəkildə evinə …

Davamı...

Güney azərbaycanlı fəal Kazım Səfabəxş ikinci dəfədir ki, ad gününü həbsxanada keçirib – Evin zindanında

Güney azərbaycanlı milli-mədəni fəal Kazım Səfabəxş (Kazım Koroğlu) Tehranın Evin zindanında eyni korpusda saxlanılan məhbuslarla birlikdə ad gününü qeyd edib. 1990-cı il yanvarın 21-də doğulan Kazım Səfabəxşin 30 yaşı var. O ikinci dəfədir ki, ad gününü həbsxanada keçirməli olub. Fəal 2018-ci il noyabrın 25-də Tehranda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Evin …

Davamı...

Ötən günlərdə saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Əlirza Fərşi ağır ittihamla üzləşib

Ötən günlərdə saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Əlirza Fərşi yaxınları ilə telefon əlaqəsi saxlayaraq ağır ittihamla üzləşdiyini deyib. Fəal bildirib ki, ona “an.tv ilə əməkdaşlıq etmək yolu ilə Səudiyyə Ərəbistanına casusluq etmək”də ittiham olunduğu açıqlanıb. Yanvarın 14-də şəhid Müqəddəs Evin Məhkəməsinin (dadsəra) hakimi azərbaycanlı fəal barəsində müvəqqəti saxlanma qərarı çıxarıb. …

Davamı...

Rza Zarei Təbriz zindanından azadlığa buraxılıb

Güney azərbaycanlı milli-mədəni fəal Rza Zarei Təbrizin Mərkəzi Zindanından azadlığa buraxılıb. Azərbaycanlı fəal 3 aylıq həbs cəzasını çəkdikdən sonra 2019-cu il dekabrın 31-də sərbəst buraxılıb. Azərbaycanlı fəal bundan əvvəl Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 6 ay həbsə məhkum edilib. Onun həbs cəzası sonralar apellayasiya məhkəməsi tərəfindən 91 günə endirilib. …

Davamı...

Güney azərbaycanlı fəal Nasir Xulusi saxlanılıb

Dekabrın 14-də güney azərbaycanlı milli-mədəni fəal Nasir Xulusi Təbriz şəhərində saxlanılıb. Şənbə günü təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan fəal naməlum istiqamətə aparılıb. Onun tutulma səbəbi və harada saxlandığı barədə hələlik məlumat yoxdur. Təbriz sakini olan Nasir Xulusi inşaat mühəndisidir. O 2017-ci il fevral ayında Təbrizdən Urmiyaya gedərkən “Sepah”ın kəşfiyyat əməkdaşları tərəfindən …

Davamı...

Xoyda 80 yaşlı qadın üzərində şallaq hökmü icra olunub

Güney Azərbaycanın Xoy şəhərində 80 yaşlı qadın üzərində şallaq hökmünün icra olunduğu bildirilir. Bu barədə insan hüquqları ilə bağlı fəaliyyət göstərən etibarlı mənbələr xəbər yayıb. Məlumata görə, 80 yaşlı Səlbi Mərəndi noyabrın 28-də Xoy Şəhər Ədliyyə İdarəsinin hökmləri icra edən şöbəsinə çağırıldıqdan sonra barəsində çıxarılan məhkəmə hökmü icra olunub. Yaşlı …

Davamı...

Ali Məhkəmə güney azərbaycanlı öyrənci fəal Pərisa Rəfii barəsində çıxarılan hökmü təsdiqləyib

İran Ali Məhkəməsinin 11-ci şöbəsi noyabrın 16-da güney azərbaycanlı öyrənci fəal Pərisa Rəfii barəsində hökm çıxarıb. Ali Məhkəmə, birinci və apellyasiya instansiyası məhkəmələrinin zəncanlı öyrənci barəsində çıxardığı ağır həbs və şallaq hökmünü olduğu kimi qüvvədə saxlayıb. Bu barədə Pərisa Rəfiinin anası Twitter səhifəsində məlumat paylaşıb. Bildirilir ki, İslam Cəza Qanununun …

Davamı...

Mehdi Kuxiyan Məlikanın İnqilab Məhkəməsinə çağırılıb

Güney azərbaycanlı milli-mədəni fəal Mehdi Kuxiyan yeni dosyesi ilə əlaqədar Məlikanın (“Məlik kəndi”) inqilab Məhkəməsinə çağırılıb. “Herana” agentliyinin yaydığı məlumata görə, ötən günlərdə azərbaycanlı fəala göndərilən çağırış vərəqəsində ondan 5 gün ərzində məhkəməyə müraciət etməsi tələb olunub. M.Kuxiyan sentyabrın 1-də məzuniyyət məqsədi ilə Marağa zindanından müvəqqəti sərbəst buraxılıb. Deyilənlərə görə, …

Davamı...

Güney azərbaycanlı fəallar mühəndis Siyamək Mirzayinin görüşünə gedib – Tehranda

GünAz TV: Tehran sakini olan güney azərbaycanlı milli-mədəni fəallar Siyamək Mirzayi məzuniyyətdən qayıtdığı zaman onun görüşünə gediblər. Fəallar noyabrın 6-da onunla Tehranda görüşüb. Tehranın Evin zindanında həbs müddətini başa vurduqdan sonra iyulun 28-dən Qain şəhərinə sürgünə göndərilən güney azərbaycanlı fəal S.Mirzayi saxlandığından 40 ay sonra ilk dəfədir məzuniyyətə buraxılıb. Oktyabrın …

Davamı...