Şənbə , 20 Aprel 2024
Ana səhifə / Tag Archives: Təbrizdə

Tag Archives: Təbrizdə

Babək Xürrəmdinin büstü Eynalı qayalarının üzərində…

Təbrizdə Eynalı qayalarının üzərində Azərbaycanın tarixi milli qəhrəmanı Babək Xürrəmdinin büstü əks olunub. Təbrizdən olan iki gənc sənətkar daşları yonaraq Azərbaycanın bir neçə tarixi şəxsiyyətinin büstünü əks etdiriblər. Onlardan biri Azərbaycanın müqavimət simvolu olan Babək Xürrəmdinə aiddir. Eynalı dağında kanat gəzintisi və bir çox əyləncə imkanları var. 5600 hektar ərazidə …

Davamı...

Güney azərbaycanlı fəal və tanınmış idmançı Kərim İsmayılzadə saxlanılıb

Güney azərbaycanlı milli-mədəni fəal və tanınmış idmançı Kərim İsmayılzadə (Kərim Boksor) İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. O martın 17-də ikinci dəfə olaraq Təbriz şəhərində saxlanılıb. Fəalın hansı səbəbdən tutulduğu və harada saxlandığı barədə hələlik heç bir məlumat yoxdur. Azərbaycanlı fəal fevralın son günlərində Qərbi Azərbaycanın kürd kökənli valisi Məhəmməd Mehdi …

Davamı...

Ruzbeh və Yaşar Piri Təbrizin Mərkəzi Zindanından müvəqqəti azadlığa buraxılıb

Güney azərbaycanlı milli-mədəni fəallar Ruzbeh və Yaşar Piri 3 ay qanunsuz olaraq saxlandıqdan sonra fevralın 5-də Təbrizin Mərkəzi Zindanından azadlığa buraxılıb. Piri qardaşları mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb. Onlar 2019-cu ilin noyabr ayında İranda bahalığa qarşı keçirilən etiraz aksiyaları zamanı bir çox azərbaycanlı fəal kimi təhlükəsizlik qüvvələri tərəfindən …

Davamı...

Güney azərbaycanlı fəal Nəsim Sadiqinin apellyasiya məhkəməsi keçirilib

Təbrizdə güney azərbaycanlı milli-mədəni fəal xanım Nəsim Sadiqinin apellyasiya məhkəməsi keçirilib. Məhkəmə iclası yanvarın 19-da Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin 3-cü şöbəsində keçirilib. Azərbaycanlı fəal özünə qarşı irəli sürülən bütün ittihamları rədd edərək mədəni fəaliyyətinin qanun çərçivəsində olduğunu bildirib. Təbriz sakini olan azərbaycanlı fəal 2019-cu il sentyabrın 21-ə Təbriz İnqilab Məhkəməsinin …

Davamı...

Güney azərbaycanlı öyrənci Mehdi Təməddün saxlanılıb

İran rejiminin son vaxtlar Güney Azərbaycanda başlatdığı yeni həbslər dalğası davam edir. Son məlumata görə, Təbrizdə Mehdi Təməddün adlı güney azərbaycanlı öyrənci saxlanılıb. O dekabrın 25-də Ettelaat əməkdaşları tərəfindən tutularaq naməlum istiqamətə aparılıb. Azərbaycanlı öyrəncinin hansı səbəbdən tutulduğu və harada saxlandığı barədə hələlik heç bir məlumat yoxdur.

Davamı...

Güney azərbaycanlı fəal Nasir Xulusi saxlanılıb

Dekabrın 14-də güney azərbaycanlı milli-mədəni fəal Nasir Xulusi Təbriz şəhərində saxlanılıb. Şənbə günü təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan fəal naməlum istiqamətə aparılıb. Onun tutulma səbəbi və harada saxlandığı barədə hələlik məlumat yoxdur. Təbriz sakini olan Nasir Xulusi inşaat mühəndisidir. O 2017-ci il fevral ayında Təbrizdən Urmiyaya gedərkən “Sepah”ın kəşfiyyat əməkdaşları tərəfindən …

Davamı...

Bu gün “21 Azər Hərəkatı”nın 74-cü ildönümüdür

Bu gün Güney Azərbaycanın ictimai-siyasi həyatının tarixində böyük rol oynayan “21 Azər Hərəkatı”nın 74-cü ildönümüdür. 1945-ci il dekabrın 12-də (1324-cü il azərin 21-də) Seyid Cəfər Pişəvərinin başçılığı ilə Təbrizdə Azərbaycan Milli Hökuməti qurulub. Bu tarixi gün Azərbaycan tarixinə “21 Azər Hərəkatı” kimi düşüb. Ötən illərdə olduğu kimi, bir neçə gündür …

Davamı...

Güney azərbaycanlı fəal Məhəmməd Mahmudinin ailəsi Ettelaat İdarəsinə çağırılıb

Güney azərbaycanlı milli-mədəni fəal Məhəmməd Mahmudinin ailəsi Təbrizin Ettelaat İdarəsinə çağırılıb. Məlumata görə, fəalın həyat yoldaşı və kiçik qızı təhdid edilərək sorğu-suala tutulub. Məhəmmədin yaxınları bildirir ki, Ettelaat-da fəalın ailəsinə yersiz suallar verilib, məqsəd fəalın əleyhinə qondarma dosye quraşdırmaqdır. Məhəmməd Mahmudi noyabrın 17-də İranda etirazlar başladığı bir vaxtda gecə saatlarında …

Davamı...

İran rejimindən növbəti xainlik – Həsən Ruhani Qərbi Azərbaycan Əyalətinin adını növbəti dəfə təhrif edib! – VİDEO

İran prezidenti Həsən Ruhani noyabrın 27-də Şərqi Azərbaycana yarım günlük səfər edib, o Təbrizdə çıxış edərkən Azərbaycana qarşı qərəzli mövqeyini bir daha nümayiş etdirib. İran telekanallarında yayımlanan çıxışda Həsən Ruhani bir neçə əyalətin adını sadalayayıb, lakin Qərbi Azərbaycan Əyalətinin adını təhrif edərək onu “Urmiya Əyaləti” kimi təqdim edib. Nəzərə alsaq …

Davamı...

Güney azərbaycanlı fəal Səccad Sedqi müvəqqəti olaraq sərbəst buraxılıb

Güney azərbaycanlı milli-mədəni fəal Səccad Sedqi ötən günlərdə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb, o iki gün təhdid və təzyiqlər altında saxlandıqdan sonra müvəqqəti olaraq azadlığa buraxılıb. GünAz TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, azərbaycanlı fəal noyabrın 21-də Təbrizdə saxlanılaraq Ettelaat İdarəsinin təcridxanasına aparılıb. Fəal iki gün təhdid edilərək dindirildikdən sonra …

Davamı...