Şənbə , 20 Aprel 2024
Ana səhifə / Tag Archives: Təbrizin Mərkəzi Zindanından

Tag Archives: Təbrizin Mərkəzi Zindanından

Güney azərbaycanlı tanınmış idmançı Kərim İsmayılzadə müvəqqəti azadlığa buraxılıb

Güney azərbaycanlı tanınmış idmançı Kərim İsmailzadə (Kərim Boksçu) Təbrizin Mərkəzi Zindanından müvəqqəti azadlığa buraxılıb. Təbriz sakini olan azərbaycanlı fəalın yaxınlarının dediyinə görə, o bir neçə gün saxlandıqdan sonra fevralın 29-da mülki vəsiqə qarşılığında azad edilib. Deyilənlərə görə, tanınmış idmançı Qərbi Azərbaycanın kürddilli valisi Məhəmməd Mehdi Şəhriyarinin şikayəti əsasında Ettelaat İdarəsi …

Davamı...

Ruhulla Əhmədnəjad mülki vəsiqə qərarı ilə sərbəst buraxılıb

Güney azərbaycanlı milli-mədəni fəal 150 milyon tümənlik mülki vəsiqə qərarı ilə Təbrizin Mərkəzi Zindanından sərbəst buraxılıb. Fəal avqustun 3-də 32 gün saxlandıqdan sonra müvəqqəti olaraq azad edilib. O Təbriz Ettelaat İdarəsinin təcridxanasında 1 ay saxlandıqdan sonra avqustun 1-də Təbriz Mərkəzi Zindanının karantin bölümünə köçürülmüşdür. Məhkəmə azərbaycanlı fəalın “ölkəyə müxalif olan …

Davamı...

Əmir Səttari Rəuf Kərəcin Rəcayişəhr zindanına köçürülüb

Güney azərbaycanlı milli-mədəni fəal Əmir Səttari Rəuf quru aclıq aksiyasına başladıqdan sonra Təbrizin Mərkəzi Zindanından Kərəcin Rəcayişəhr zindanına köçürülüb. Fəal iyunun 19-da, aclıq aksiyasının 10-cu günündə Ettelaat İdarəsinin qərarı ilə Rəcayişəhr zindanına intiqal edilib. Aclıq edən güney azərbaycanlı fəalların Rəcayişəhr zindanına köçürülməsi faktına bundan əvvəl də rast gəlinib. Əmir Səttari …

Davamı...

Yusif Sələhşur və Davud Mahmudi azadlığa buraxılıb

Mayın 12-i səhər saatlarında Yusif Sələşur və Davud Mahmudi 80 milyonluq mülki vəsiqə qarşılığında Təbrizin Mərkəzi Zindanından sərbəst buraxılıb. Fəalların məhkəmə iclası mayın 8-də Təbriz İnqilab Məhkəməsinin 12-ci şöbəsində hakim Əsğər Qənbərinin sədrliyi ilə keçirilib. Onların ümumi nizam-intizamı pozmaq və təhlükəsizlik qüvvələri ilə qarşıdurma yaratmaqda günahlandırıldığı bildirilir. Hakim təhlükəsizlik orqanlarının …

Davamı...