Cümə , 29 Mart 2024
Ana səhifə / Tag Archives: təhlükəsizlik qüvvələri

Tag Archives: təhlükəsizlik qüvvələri

Təbrizin Mərkəzi Həbsxanasında nə baş verir? Güllə səsləri eşidildi – VİDEO

Təbrizin Mərkəzi Həbsxanasında saxlanılan məhbusların üsyan etməsi ilə bağlı ziddiyyətli xəbərlər yayılır. Məlumata görə, martın 26-ı günortadan sonra həbsxanada saxlanılan məhbuslar toplaşaraq üsyana qalxıb, onların bir neçəsinin cəzaçəkmə müəssisəsindən qaçdığı bildirilir. Teleqram kanalları və yerli kütləvi informasiya vasitələri bir çox məhbusun qaçmağa nail olduğunu bildirir. Deyilənlərə görə, gözyaşardıcı qazla etirazçı …

Davamı...

Güney azərbaycanlı fəal Əkbər Nəiminin aclıq aksiyası keçirdiyi ehtimal olunur

İki gün əvvəl Tehranda saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Əkbər Nəiminin aclıq aksiyası keçirdiyi ehtimal olunur. Bu barədə fəalın yaxınları məlumat verib. Onların sözlərinə görə, Əkbər Nəimi yaxalanmadan əvvəl bildirib ki, təhlükəsizlik qüvvələri tərəfindən saxlanılarsa, birinci dəqiqədən aclıq aksiyasına başlayacaq. Fəalın yaxınları əlavə edib ki, Əkbərin mobil telefonu təhlükəsizlik qüvvələrinin …

Davamı...

Güney azərbaycanlı fəal Əkbər Nəimi saxlanılıb

Güney azərbaycanlı milli-mədəni fəal Əkbər Nəimi Tehranda saxlanılıb. Məlumata görə, təhlükəsizlik qüvvələri yanvarın 22-i səhər saatlarında fəalın Tehranın hava limanında yerləşən iş yerinə hücum edib, onu saxlayaraq naməlum istiqamətə aparıblar. Təhlükəsizlik qüvvələri Əkbər Nəimini saxladıqdan sonra onunla birlikdə evinə müraciət edib, fəalın bir neçə şəxsi əşyasını özləri ilə götürüblər. Güney …

Davamı...

İki “Traxtur” tərəfdarı saxlanılıb – Təbrizdə

Çərşənbə axşamı günü Güney Azərbaycanın “Traxtur” və Məşhədin “Şəhr-i Xodro” komandaları arasında keçirilən görüş zamanı iki soydaşımız saxlanılıb. Hadisə Təbrizin səhənd stadionunda dekabrın 24-də baş verib, lakin bu barədə yenicə xəbər yayılıb. Məlumata görə, Binab (“Bin Ev”) sakini olan Peyman.D və Qulam.S adlı “Traxtur” tərəfdarları stadiona daxil olarkən təhlükəsizlik qüvvələri …

Davamı...

Yaşar və Ruzbeh Piri Təbrizin mərkəzi zindanına köçürülüb

Güney azərbaycanlı fəallar Yaşar Piri və Ruzbeh Piri Təbriz “Sepah”ının Kəşfiyyat Bölümünün təcridxanasından bu şəhərin mərkəzi zindanına köçürülüb. Fəallar 26 gün “Sepah”ın təcridxanasında saxlandıqdan sonra dekabrın 12-də həbsxanaya köçürülüb. Yaşar və Ruzbeh noyabrın 17-də Təbrizdə saxlanılıb. “Sepah” əməkdaşları məhkəmə hökmü təqdim etmədən fəalları yaxalamışdır. İranın təhlükəsizlik qüvvələri noyabrda benzinin bahalaşması …

Davamı...

Etiraz aksiyalarında qətlə yetirilən soydaşlarımızdan daha 3-nün kimliyi müəyyən edilib

Ötən günlərdə benzinin bahalaşması ilə əlaqədar İran və Güney Azərbaycan şəhərlərində keçirilən etiraz aksiyalarında öldürülən soydaşlarımızdan daha 3-nün kimliyi müəyyən edilib. Əslən Şərqi Azərbaycan Əyalətinin Sarab şəhərindən olan İbadət oğlu İsmayıl Şucayi Tehranın “Robat Kərim” (Caddə Savə) məhəlləsində keçirilən aksiyada öldürülüb. İsmayıl Şucayinin xüsusi təyinatlı qüvvələrin açdığı atəşə tuş gəldiyi …

Davamı...

Etiraz aksiyalarında öldürülən güney azərbaycanlılardan 3-nün kimliyi müəyyən edilib

Ötən günlərdə İran və güney Azərbaycan şəhərlərində keçirilən kütləvi etiraz aksiyalarında çox sayda soydaşımız təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib, onlardan 3-nün kimliyini müəyyənləşdirmək mümkün olub. Zəncan sakini olan Əmir Hüseyn Abbasi noyabrın 16-da yaşadığı şəhərdə keçirilən etiraz aksiyasında öldürülüb, o evlidir, üç uşağı var. Mir Salman oğlu Seyid Əli Fətuhi …

Davamı...

Güney azərbaycanlı fəal Şahin Bərzgər saxlanılıb

Güney azərbaycanlı milli-mədəni fəal Şahin Bərzgər Təbrizdə saxlanılıb. Məlumata görə, fəal ötən həftə təhlükəsizlik qüvvələri tərəfindən öz ata evində saxlanılaraq naməlum istiqmaətə aparılıb. Azərbaycanlı fəalın nə zaman tutulduğu və harada saxlandığı barədə hələlik dəqiq məlumat yoxdur. Şahin Bərzgər bundan əvvəl əsgərlik xidməti dövründə mərhum Həsən Dəmirçinin dəfn mərasimində iştirak etdiyinə …

Davamı...

Güney azərbaycanlı milli-mədəni fəal Siyamək Seyfi saxlanılıb

Meşkinşəhr (Xiyav) sakini olan güney azərbaycanlı milli-mədəni fəal Siyamək Seyfi saxlanılıb. Fəal noyabrın 18-də təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq Meşkinşəhrin 11-ci polis bölməsinə aparılıb. Noyabrın 19-da məhkəməyə aparılan azərbaycanlı fəal sonra Ərdəbil Ettelaat İdarəsinin təcridxanasına intiqal edilib. Siyamək Seyfinin hansı səbəbdən saxlandığı ilə bağlı hələlik dəqiq məlumat yoxdur. Xəbər verdiyimiz kimi, …

Davamı...

Güney Azərbaycanlı milli-mədəni fəal Meysəm Colani saxlanılıb

Ərdəbil sakini olan güney azərbaycanlı milli-mədəni fəal Meysəm Colani təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Hadisə noyabrın 17-də baş verib. Yaxalanarkən döyülən fəalın naməlum istiqamətə aparıldığı bildirilir. İranda kütləvi etirazlar keçirildiyi günlərdə Güney Azərbaycanda onlarla fəal saxlanılıb. Ehtimal olunur ki, təhlükəsizlik qüvvələri aksiyaların Güney Azərbaycan şəhərlərini bürüməsindən ehtiyatlanaraq önləyici tədbirlərə əl atır. …

Davamı...