Cümə axşamı , 25 Aprel 2024
Ana səhifə / Tag Archives: Təhsil Nazirliyi

Tag Archives: Təhsil Nazirliyi

Təbrizdə “farsca yetərlilik” testinin tətbiqinə etiraz edən Bildiriş yayılıb – VİDEO

Güney Azərbaycanın Təbriz şəhərində İranın Təhsil Nazirliyinin tətbiq etdiyi “farsca yetərlilik” irqçi testinin tətbiq edilməsinə etiraz edən Bildiriş yayılıb. Güney azərbaycanlı fəallar tərəfindən hazırlanan Bildirişdə soydaşlarımız irqçilərin tətbiq etdiyi testə qarşı mədəni etiraza dəvət olunub. İran təhsil nazirinin ibtidai təhsil üzrə müavini Rizvan Həkimzadə mayın 29-da “farsca yetərlilik testi”ni uşaqların …

Davamı...

Mədəni fəallar “farsca yetərlilik” testinə qarşı keçirilən Etiraz Kampaniyasında aktiv iştirak edib

Xəbər verdiyimiz kimi, dünən axşam İran Təhsil Nazirliyinin həyata keçirdiyi “farsca yetərlilik” testinə qarşı internetdə etiraz kampaniyası keçirilib.  İyulun 23-ü Təbriz vaxtı ilə saat 21:00-da başlayan Twitter fırtınası uğurla keçib. Qeyri-fars millətlərinə mənsub sosial şəbəkə istifadəçiləri və insan hüquqları fəalları bir neçə saat ərzində 3200-dən çox Twit paylaşaraq İran rejiminin …

Davamı...

“Farsca yetərlilik” testinə qarşı Etiraz Kampaniyasına başlanılır

Güney azərbaycanlı mədəni fəallar İran Təhsil Nazirliyinin həyata keçirdiyi “farsca yetərlilik” testinə qarşı etiraz kampaniyası keçirməyə hazırlaşır. İrqçi plana qarşı Twitter fırtınası iyulun 23-ü Təbriz vaxtı ilə saat 21:00-da başlayacaq. Etiraz kampaniyasına dəvət edənlər bildirib ki, hər kəs Twitter səhifəsində farsca yetərlilik və dil soyqırımı Hashtag-ını yazaraq kampaniyaya qoşula bilər. …

Davamı...

Təbrizin millət vəkilindən uşaqlar üzərində tətbiq olunacaq “farsca yetərlilik testi”nə kəskin etiraz

Təbrizin İran parlamentindəki millət vəkili Məhəmməd İsmail Səidi İran Təhsil Nazirliyinin irqçi “farsca yetərlilik testi” planına kəskin etiraz bildirib. Millət vəkili bu barədə “İsna” xəbər agentliyinə danışıb. “Bu açıqlamanı dilə gətirən şəxsin zəkasına şübhə edirəm. Bunu deyən şəxs böyük yanlışlığa yol verib, farscanı yetəri qədər bilməklə insanın qabliyyəti arasında heç …

Davamı...

Urmiyənin millət vəkillərindən “farsca yetərlilik testi”nin tətbiq olunmasına kəskin etiraz

Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkilləri Hadi Bahaduri və Ruhulla Həzrətpur Təhsil Nazirliyi rəsmisinin fars dilində danışmağın uşaqların sağlamlığının meyarı olduğu ilə bağlı verdiyi açıqlamaya kəskin etiraz ediblər. Hadi Bahaduri Təhsil Nazirliyinin ibtidai təhsil üzrə müavini Rizvan Həkimzadənin məktəbə hazırlaşan uşaqların sağlamlığı və təhsilə hazırlıqla bağlı yoxlama layihəsinə …

Davamı...

“Fars dilində danışmaq” uşaqların sağlamlığının meyarı kimi qəbul oluna bilər!

İranın Təhsil Nazirliyi “farsca yetərlilik testi”ni uşaqların sağlamlığının testi layihəsinə əlavə edə bilər. Bu barədə Təhsil Nazirliyinin ibtidai təhsil üzrə müavini Rizvan Həkimzadə mətbuata məlumat verib. Onun sözlərinə görə, “farsca yetərlilik testi”nin tətbiqi barədə səlahiyyətli məsullarla müzakirələr aparılıb. Plan məktəbə daxil olmaq istəyən uşaqlar üzərində tətbiq olunacağı təqdirdə, fars dilini …

Davamı...