Cümə axşamı , 25 Aprel 2024
Ana səhifə / Tag Archives: Urmiyə

Tag Archives: Urmiyə

Hadi Bahaduri: Ana dilinin həftədə iki saat tədris olunması bütün əyalətlər üçün keçərlidir

 Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili məktəblərdə türk dili dərslərinin həftədə 2 saat eksperimental tətbiqini müsbət addım kimi qiymətləndirərək bu layihənin yalnız Şərqi Azərbaycan Əyaləti deyil, bütün əyalətlərə aid olduğunu deyib. Hadi Bahaduri bu barədə “Əncümən Azərbaycan” agentliyinə danışıb. “Mən cənab Məhəmməd Bəthayi təhsil naziri olduğu zaman onunla …

Davamı...

Nadir Qazipur nazirə sual ünvanlayıb – türk dilində qəzetin nəşrinə lisenziya verilməməsi haqda

Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur növbəti dəfə ölkə üzrə yayımlanan türk dilində qəzetin nəşr olunması məsələsini gündəmə gətirib. Məlumata görə, millət vəkili bu barədə irşad və mədəniyyət naziri Abbas Salehiyə sual ünvanlayıb. “Ölkə üzrə yayımlanan türk dilində qəzetin nəşrinə lisenziya verilməməsinin səbəbi nədir?” başlığı ilə …

Davamı...

Xəstə türk dilində danışdığı üçün ambulansdan aşağı endirilib – Urmiyədə / VİDEO

Urmiyədə Təcili Tibbi Yardım Mərkəzinin yerli olmayan işçisi farsca danışa bilməyən bir türkü ambulansdan endirib. İrqçi hərəkətə yol verən işçi xəstəni xəstəxanaya çatdırmaqdan imtina edib. Urmiyə “Barış News” Teleqram Kanalı bu barədə bir video yayaraq yazib ki, “xəstə farsca danışa bilmədiyindən və problemini türk dilində anlatdığı üçün Təcili Tibbi Yardım …

Davamı...

Ettelat-ın təcridxanasında saxlanılan Musa Ziya və Səccad Şəhirinin vəziyyəti barədə heç bir məlumat yoxdur

3 həftədən çoxdur Urmiyə Ettelaat İdarəsinin təcridxanasında saxlanılan güney azərbaycanlı fəallar Musa Ziya və Səccad Şəhirinin vəziyyəti barədə heç bir məlumatın olmaması ailələrinin nigəranlığına səbəb olub. Musa Ziya iyunun 22-də Sulduzda öz şəxsi evində, Səccad Şəhiri isə Urmiyə şəhərində mülki geyimli məmurlar tərəfindən saxlanılıb. Onlar saxlandıqdan sonra ailələri ilə qısa …

Davamı...

Sulduzda saxlanılan fəalların yaxınları ilə görüşünə qadağa qoyulub

Urmiyə Ettelaat İdarəsinin əməkdaşları Sulduzda saxlanılan iki güney azərbaycanlı fəalın yaxınları ilə görüşünə qadağa qoyulduğunu bildirib. Mirmusa Ziya Gərgəri və Səccad Şəhiri iyunun 22-də Sulduz şəhərində ayrı-ayrılıqda saxlanılaraq Urmiyənin Ettelaat İdarəsinə aparılıb. Fəalların saxlanmasından 17 gün keçməsinə baxmayaraq ailələri onların hansı səbəbdən tutulduğu və vəziyyəti haqda heç bir məlumat əldə …

Davamı...

Hadi Bahaduri: Bəziləri Azərbaycanla bağlı birgə şüar səsləndirməyin əleyhinədir

Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Hadi Bahaduri ötən günlərdə Urmiyə və Ərdəbil şəhərlərində keçirilən dünya millətləri voleybol liqası və yarışlarda Azərbaycan gənclərinin şüar səsləndirməsinə qarşı görülən önləyici tədbirlərə münasibət bildirib. O bu barədə “Məclis və Azərbaycan” saytına verdiyi müsahibədə danışıb. “Əgər stadiondakı atmosferi əhalinin həqiqi hissiyatından ayırmaq …

Davamı...

Azərbaycanlı fəal Salar Tahir Əfşar barəsində məhkəmə hökmü çıxarılıb

Ötən il bir il həbs cəzasına məhkum edilən azərbaycanlı milli-mədəni fəal Salar Tahir Əfşar barəsində yeni məhkəmə hökmü çıxarılıb. Azərbaycanlı fəal mayın 18-də Urmiyənin İnqilab Məhkəməsində həbs cəzasını əvəz edən cəriməyə məhkum olunub, o hökmə əsasən 10 milyon rial məbləğində cərimə ödəməlidir. Hakim fəalın etirazını rədd edərək barəsində qəti qərar …

Davamı...

Hadi Bahaduri Qərbi Azərbaycanın yerli olmayan kürd kökənli valisi ilə mübahisə edib: “Siz burada qonaqsınız…”

Qərbi Azərbaycanda nümunəvi fəhlələrinin fəaliyyətinin təqdir olunduğu tədbirdə Urmiyənin İran Parlamentindəki millət vəkili Hadi Bahaduri və Qərbi Azərbaycanın yerli olmayan kürd kökənli valisi Məhəmməd Mehdi Şəhriyari arasında mübahisə yaranıb, millət vəkili valinin Qərbi Azərbaycanda qonaq olduğunu bildirib. Hadi Bahaduri fəhlə və zəhmətkeşlər gününü təbrik edərək iqtisadi gərginliyə görə hökumət və …

Davamı...

Nadir Qazipur: Urmu gölünün canlandırılması üçün daha 10 milyard kubmetr suya ehtiyac var

Urmiyənin İran parlamentiundəki millət vəkili Nadir Qazipur Urmu gölünün bərpası üçün canlandırma işlərinin davam etməsini istəyib. O bu barədə çərşənbə axşamı günü Qərbi Azərbaycan Texniki Universitetində su sənayesi üzrə yeni texnologiya mövzusunda keçirilən tədbirdə danışıb. “Urmu gölünün normal vəziyyətə çatması üçün 14 milyard kubmetr həcmində su olmalıdır. Ona görə də …

Davamı...

Yerli məsullar Tehranda Türkiyəyə qarşı ermənilərin icazəli yığıncağının ləğv olunmasını tələb edən kampaniyaya qoşulur

Xəbər verdiyimiz kimi, ermənilərin aprelin 24-də Türkiyə əleyhinə planlaşdırdığı yığıncaq azərbaycanlı fəalları hərəkətə gətirib. Fəallar bu məqsədlə imzatoplama kampaniyası keçirərək planlaşdırılan yığıncağın icazəsinin ləğv olunmasını tələb edir və hər kəsi https://t.me/imzakampanyasi adresinə müraciət edərək kampaniyaya qoşulmağa çağırır. Aprelin 3-də başlayan kampaniyaya artıq minlərlə internet istifadəçisi qoşulub, onların sayı anbəan artır. Məlumata görə, …

Davamı...