Cümə , 29 Mart 2024
Ana səhifə / Tag Archives: zindan

Tag Archives: zindan

Ərdəbilli soydaşımız günahsız olaraq məhkəmə hökmü ilə edam edilib

2018-ci ilin yaz aylarında Ərdəbil Məhkəməsinin hökmü ilə edam edilən azərbaycanlı məhbusun günahsız olduğu məlum olub. “Herana” agentliyinin yaydığı məlumata görə, Babək Rzayi silahlı oğurluq hadisəsi zamanı qətl törətməkdə ittiham olunub. Son informasiyaya əsasən Behzad Təhəmtən adlı bir müttəhim sözügedən silahlı oğurluq və qətl cinayətini  törətdiyini etiraf edib. Babək Rzayi …

Davamı...

Bahalığa qarşı keçirilən etirazlar zamanı saxlanılan güney azərbaycanlı fəallar barəsində son məlumat

2019-cu ilin noyabr ayında İranda bahalığa qarşı keçirilən etirazlarla bağlı çox sayda güney azərbaycanlı milli-mədəni fəal saxlanılıb. Şahin Bərzgər ailəsi ilə telefon əlaqəsi saxlayaraq fevralın 1 və 2-də iki günlük quru aclıq aksiyası keçirdiyini bəyan edib. Ettelaat İdarəsinin təknəfərlik kameralarında saxlandıqlarına etiraz olaraq aclıq etdiyini deyən fəal aksiyanın ikinci günündə …

Davamı...

Xoyda 80 yaşlı qadın üzərində şallaq hökmü icra olunub

Güney Azərbaycanın Xoy şəhərində 80 yaşlı qadın üzərində şallaq hökmünün icra olunduğu bildirilir. Bu barədə insan hüquqları ilə bağlı fəaliyyət göstərən etibarlı mənbələr xəbər yayıb. Məlumata görə, 80 yaşlı Səlbi Mərəndi noyabrın 28-də Xoy Şəhər Ədliyyə İdarəsinin hökmləri icra edən şöbəsinə çağırıldıqdan sonra barəsində çıxarılan məhkəmə hökmü icra olunub. Yaşlı …

Davamı...

Murtaza Şokri saxlanılıb -Əhərdə

Əhər şəhəri sakini olan güney azərbaycanlı milli-mədəni fəal Murtaza Şokri saxlanılıb. Məlumata görə, azərbaycanlı fəal öz iş yerində saxlanılaraq məhkum edildiyi 7 aylıq həbs cəzasını çəkmək üçün Əhər zindanına aparılıb. Fəal Əhər İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən məlum “fitilə” verilişinə qarşı etiraz aksiyasına qatıldığı üçün 7 ay həbs cəzasına məhkum …

Davamı...

Güney azərbaycanlı fəallar yığıncaq keçirərək Abbas Lisani ilə həmrəylik nümayiş etdiriblər

Tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani Ərdəbil zindanında aclıq aksiyasını davam etdirdiyi bir vaxtda azərbaycanlı milli-mədəni fəallar yığıncaq keçirərək onunla həmrəylik nümayiş etdiriblər. Yığıncaq iyunun 11-də Ərdəbil şəhərində baş tutub. Yığıncağa qatılan fəallar üzlərinə Abbas Lisaninin görüntüsü əks olunan maska taxaraq onunla həmrəy olduqlarını bəyan ediblər. Yığıncaqda “Abbas Lisani …

Davamı...