Cümə , 29 Mart 2024
Ana səhifə / Türk dünyası / İstanbulda İmamoğlunun qələbəsi rəsmən elan edildi

İstanbulda İmamoğlunun qələbəsi rəsmən elan edildi

Türkiyə Ali Seçki Qurumunun (YSK) sədri Sadri Güvən İstanbulda iyunun 23-də keçirilən təkrar bələdiyyə seçkilərinin yekun nəticəsini açıqlayıb.

“Anadolu” agentliyinin verdiyi məlumata görə, S.Güvən seçkilərdə Ədalət və İnkişaf Partiyasından bələdiyyə sədrliyinə namizəd Binəli Yıldırımın 3935 453 səs, Cümhuriyyət Xalq Partiyasından namizədliyi irəli sürülmüş Əkrəm İmamoğlunun isə 4 741 868 səs toplandığını bildirib.

Nəticələrə əsasən, Ə.İmamoğlu 54,21 faiz səslə qələbə qazanıb. B.Yıldırım isə səslərin 44,99 faizinə sahib olub.

Xatırladaq ki, martın 31-də İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilmiş seçkilərdə Ə.İmamoğlu 48,8 faiz toplayaraq13 729 səs fərqi ilə B.Yıldırımı üstələmişdi. O, aprelin 17-də vəzifəsinin başına keçsə də, mayın 6-da YSK İstanbul bələdiyyəsinə keçirilmiş seçkilərin nəticələrini ləğv etmiş, təkrar seçkiləri isə iyunun 23-nə təyin etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir