İsveç uyğur türklərinə sığınacaq verəcək.
“Qaynarinfo” xəbər verir ki, ölkənin Miqrasiya Ofisi Çinin Uyğur Muxtar Vilayətindən gələn türklərə və ərazidə yaşayan digər müsəlman azlıqlara miqrant statusu verəcək. Həmin şəxslərin müraciətləri birbaşa qəbul ediləcək.
Qeyd
edək ki, Çində düşərgələrdə 1 milyondan çox uyğur türkünün məcburi
saxlanıldığı, assimilyasiya prosesinin həyata keçirildiyi iddia edilir. İsveçin
bu qərarı BMT İnsan Haqlarının Çinlə bağlı hesabatına əsaslanır.