Cümə , 29 Mart 2024
Ana səhifə / Azərbaycan / Azərbaycan İnsan Hüquqları Cəmiyyəti Qaradağ meşələrində baş verən yanğınla bağlı BMT-yə raport təqdim edib

Azərbaycan İnsan Hüquqları Cəmiyyəti Qaradağ meşələrində baş verən yanğınla bağlı BMT-yə raport təqdim edib

Ərk – Azərbaycan İnsan Hüquqları Cəmiyyəti Güney Azərbaycanın Qaradağ meşələrində baş verən geniş miqyaslı yanğınla bağlı Birləşmiş Millətlər Təşkilatına (BMT) raport təqdim edib.

Cəmiyyətin məsulu xanım Jalə Təbizi raportda yanğının səbəbi, meşə sahələrinin yanaraq sıradan çıxması, yanğının vaxtı-vaxtında söndürülməməsi, bölgədə yanğın söndürmək üçün lazımi imkanların olmaması və s. kimi məsələlərə işarə edib.

 “Avqustun 19-dan 26-dək Şərqi Azərbaycan Əyalətində Qaradağ meşələrinin 640 hektardan çoxu yanaraq sıradan çıxdı. Bu hadisədən ən çox Xanqah və “Vayqan dərəsi” kəndləri ətrafındakı meşələr ziyan gördü, bu ərazidə 300 hektar meşə sahəsi məhv oldu.

Əslində cari ilin birinci 6 ayında Qaradağ meşələrində 25 dəfə yanğın faktı qeydə alınıb. Bu yanğınlarda 1230 hektar meşə sahəsi yanıb.

Yerli məsul şəxslər yanğının qəsdən törədildiyini, bununla əlaqədar bir neçə nəfərin saxlandığını bildirdilər.

Hazırda Qaradağ meşələrindən yalnız 64 min hektar meşə sahəsi qalıb. Bu meşələr ötən il YUNESKO tərəfindən qeydə alınmalı idi, lakin ərazidəki qanunsuz tikinti işləri və mədənçilər tərəfindən meşənin təxrib olunması buna mane oldu və Qaradağ meşələrinin YUNESKO tərəfindən siyahıya alınması təklifi rədd olundu.

Bu meşələrdə çoxlu heyvan yaşayır və müxtəlif bitki növləri mövcuddur.

Yanğın zamanı insan itkisi olmasa da, yanğını söndürmək üçün heç bir imkan olmadığından insanlar kürək, külüng və digər alətlərdən istifa edib üstünə torpaq tökərək alovu söndürməyə çalışıblar, bu zaman bir çox insan xəsarət alıb.

Yerli əhalinin səyinə baxmayaraq yanğın qısa müddətdə geniş ərazini bürüdü. Yalnız 5 gün sonra əraziyə 3 helikopter göndərildi. Onlardan biri su çiləyən helikopter olub, ikisi isə insanları intiqal etmək üçün nəzərdə tutulmuşdur.

Bölgədə yanğını söndürmək üçün imkanlar olduqca məhduddur. Yanğın Söndürmə Mərkəzinin rəisinin sözlərinə görə, 75 min əhalisi olan, həmçinin qızıl və mis mədənləri ilə zəngin olan Vərziğan şəhərində yalnız iki nəfərdən ibarət yanğınsöndürən qrup, iki 6 kiloluq balon və bir yanğınsöndürən maşın var. Həmin maşının tankerinin su axıtdığını da bildirilir. Şübhəsiz ki, bu imkanla bir evdə baş verən yanğını söndürmək belə mümkün deyil.

Belə görünür ki, İslam Cümhuriyyəti yalnız bu məntəqənin qızıl və misini daşımaqda maraqlıdır, məntəqənin abadlaşdırılması və əhalinin rifahı üçün heç bir planı yoxdur.

Yanağının 5-ci gününədək əraziyə heç bir yardım edilmədi. Ölkənin kütləvi informasiya vasitələri, həmçinin islam cümhuriyyəti opozisyonuna aid televiziyalar da yanğın xəbərini işıqlandırmadı.”- deyə raportun bir hissəsində qeyd olunub.

Raportda Təbrizin İran parlamentindəki keçmiş millət vəkili Əkbər Ələminin yanğına verdiyi reaksiyaya da yer verilib.

Əkbər Ələmi yanğının davam etdiyi günlərdə belə yazmışdır: “Necə ki, “Babək qalası” yığıncağının qarşısını almaq üçün bütün imkanlarınızı səfərbər edirsiniz, lütfən eyni iradə, həssaslıq və təəssübkeşliyi həmin məntəqənin meşələrində baş verən yanğını söndürməkdə göstərin.”

Raportun farsca mətni Ərk – Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin Teleqram kanalında yayılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir