Cümə , 29 Mart 2024
Ana səhifə / Azərbaycan / Babək Xəbəri və Əmin Vəlizadə Urmiya həbsxanasında işgəncə altında saxlanılır

Babək Xəbəri və Əmin Vəlizadə Urmiya həbsxanasında işgəncə altında saxlanılır

Güney azərbaycanlı fəallar Babək Xəbəri və Əmin Vəlizadə Urmiya həbsxanasının təknəfərlik kamerasına köçürüldükdən sonra işgəncə edilib.

Azərbaycanlı fəallar martın 2-də Salmas şəhərində Ettelaat İdarəsi əməkdaşları tərəfindən saxlanılıb, onlar sonra Urmiya həbsxanasının təknəfərlik kamerasına köçürülüb.

Babək Xəbərinin vəkili həbsxanaya müraciət edərək onunla görüşmək istəyib. Lakin həbsxananın rəisi vəkilə qarşı aşağılayıcı ifadələr işlədərək onu həbsxanadan uzaqlaşdırıb. Cəzaçəkmə müəssisəsinin rəisi bildirib ki, Babək Xəbərinin vəkil tutmaq hüququ yoxdur, bir daha müraciət etsəniz sizə qarşı cinayət işi açılacaq.

Azərbaycanlı fəalların həbsxananın təknəfərlik kamerasında ağır işgəncə edildiyi bildirilir. Bu səbəbdən onların, xüsusi ilə də Babək Xəbərinin sağlamlıq durumu yaxşı deyil. Buna baxmayaraq həbsxananın rəisi fəalların poliklinikaya aparılmasına icazə vermir.

Bütün işgəncələrə rəğmən fəallar irəli sürülən bütün ittihamları rədd edərək ölkənin konstitusiyası çərçivəsində fəaliyyət göstərdiklərini bildiriblər.

Məlumata görə, həbsxana məsulları fəalların yaxınlarına da təzyiq göstərir. Onların ailə üzvlərinə övladlarının saxlanması barədə mətbuat orqanlarına məlumat vermək bağlı ciddi xəbərdarlıq edilib.

Xəbərin yayılmasından məqsəd azərbaycanlı məhbuslara dəstək verməkdir. Bu barədə Babək Xəbəri və Əmin Vəlizadənin ailəsi ilə koordinasiya edilmədən məlumat yayılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir