Cümə , 29 Mart 2024
Ana səhifə / Azərbaycan / Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin Azərbaycan Yüksəliş Partiyasına Təbrik Məsajı

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin Azərbaycan Yüksəliş Partiyasına Təbrik Məsajı

Azərbaycan Yüksəliş Partiyasının sədri hörmətli Anar Əsədli və partiyanın dəyərli üzvləri.


Azərbaycanın Quzeyini Vətən bildiyi qədər Güneyini də Vətən bilən, Bütöv Azərbaycan Vətən Anlayışının üstündə qurulan və vətənimizin Yüksəlişi məramıyla, möhkəm iradəylə bir araya gələn bacı-qardaşlarımızın başladığı şanlı və müqəddəs yolun millətimiz üçün uğurlar gətirəcəyinə inanırıq.

Güney Azərbaycan həqiqətini bütövlükdə Azərbaycanın həqiqəti olaraq görmə iradə və inamınızı təqdir edirik.


Atdığınız və atacağınız addımların Azərbaycan Cümhuriyyətinin günü-gündən yüksəlməsi və Güney Azərbaycanın Azadlıq haqqına güc qatacağına inanırıq.


Azərbaycan Yüksəliş Partiyasının ildönümü münasibətilə o taylı və bu taylı əziz xalqımızı və bu birliyin qurulmasında əməyi olan hər kəsi təbrik edirik.

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi-GAMAC

15.07.2021



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir