Cümə axşamı , 25 Aprel 2024
Ana səhifə / Azərbaycan / Güney azərbaycanlı fəallar Babək Xəbəri və Əmir Vəlizadə saxlanılıb

Güney azərbaycanlı fəallar Babək Xəbəri və Əmir Vəlizadə saxlanılıb

Urmiya şəhərində güney azərbaycanlı fəallar Babək Xəbəri və Əmir Vəlizadə Ettelaat İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Fəallar martın 2-də tutulub. Həmin zaman onların saxlanması ilə bağlı Güney Azərbaycan Televiziyasının mətbuat mərkəzinə məlumat verilmişdir. Lakin fəalların ailəsini Ettelaat İdarəsinin təzyqindən qorumaq məqsədi ilə bu barədə saytımızda məlumat yayılmayıb.

Aradan təxminən bir ay keçməsinə baxmayaraq fəalların hansı ittiham və ya ittihamlar üzrə saxlandığı barədə heç bir məlumat yoxdur.

Xəbərin yayılmasından məqsəd azərbaycanlı məhbuslara dəstək verməkdir. Bu barədə Babək Xəbəri və Əmir Vəlizadənin ailəsi ilə koordinasiya edilmədən məlumat yayılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir