Bazar , 7 Mart 2021
Ana səhifə / Azərbaycan / İranda “Qələmçi” Müəssisəsinin müəlliminin türkləri təhqir etməsi soydaşlarımızı qəzəbləndirib

İranda “Qələmçi” Müəssisəsinin müəlliminin türkləri təhqir etməsi soydaşlarımızı qəzəbləndirib

“Qələmçi” Müəssisəsinin riyaziyyat müəlliminin türk millətini təhqir etməsi Azərbaycan ailələrini qəzəbləndirib.

Deyilənlərə görə, dərs keçərkən təhqirə yol verən Müctəba Dadbam universitetə qəbul imtahanının suallarını hazırlayanlardan biridir. İsfahanlı müəllimin təhqiramiz ifadələri nəticəsində bir çox azərbaycanlı ailə qərarını dəyişib, onlar övladlarının onun internetdə keçdiyi dərsdə iştirak etməsini istəmir.

“Aina News” saytı sözügedən müəllimin aşağılayıcı ifadələri haqda belə yazıb:

“Dadbamın yüzlərlə şagirdin iştirak etdiyi dərsi dünən İsfahanda təşkil olundu. O motivasiya yaratmaq məqsədi ilə təşkil etdiyi dərs zamanı bir neçə dəfə türklərin ünvanına təhqiramiz ifadələr işlədib. Müəllim öz aləmində bununla şagirdlərdə dərsə xüsusi maraq yaratmaq istəyib.”

Mövzu ilə bağlı bir türk ailəsinin üzvləri “Aina News”a bu sözləri deyib: “Aprelin 26-ı yerli vaxtla saat 20:00-da Müctəba Dadbam “skyroom” vasitəsi ilə internetdə tədrisə başladı. O iştirakçıları sakitləşdirmək və onların diqqətini dərsə cəlb etmək üçün “Niyə söz başa düşmürsüz?!” və “Deyəsən iştirakçıların arasında türk çoxdur” ifadələrini bir neçə dəfə işlətdi. Bu məsələ dərsin gedişatına şahid olan türk ailələri qəzəbləndirdi. Hətta onlardan bəziləri bu tərbiyyəsiz müəllimin dərsini tərk etdilər.”

İranda qeyri-fars millətləri, xüsusi ilə də türklərin milli səviyyədə təhqirə məruz qalması yeni hadisə deyil. Bu kimi faktlara idman stadionları, televiziya verilişləri, filmlər, qəzetlər, hətta rəsmi dərsliklərdə belə vaxtaşırı rast gəlinir. Türk millətinin sistemli şəkildə aşağılanması ölkədə bir neçə dəfə kütləvi aksiyaların keçirilməsi və onlarla insanın təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsinə səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir