Cümə , 19 Aprel 2024
Ana səhifə / Azərbaycan / Mərənddə Azərbaycan kuboku uğrunda at yarışları keçirilir

Mərənddə Azərbaycan kuboku uğrunda at yarışları keçirilir

Şərqi Azərbaycan Əyalətinin Mərənd şəhərində “Azərbaycan kuboku” uğrunda at yarışları keçiriləcək.

Bu barədə Mərənd Gənclər və İdman İdarəsinin rəisi Əmir Hüseyn Fəqihi sentyabrın 11-də Şərqi Azərbaycan Atçılıq Heyətinin rəisinin də iştirak etdiyi tədbirdə danışıb.

“Bu yarışlar əyalət səviyyəsində 40, 60 və 80 kilometr məsafələrdə keçiriləcək. Belə yarışlar ilk dəfədir ki, Mərənd şəhərində keçirilir. Ona görə də bütün aidiyyatı orqanlar lazımi dəstəyi verməlidir.”- deyə o bildirib.

Mərənd Gənclər və İdman İdarəsinin rəisi “Azərbaycan kuboku” çərçivəsində keçiriləcək yarışların sentyabrın 13-ü Mərəndin Kövsər Atçılıq Mərkəzində baş tutacağını deyib.

Şərqi Azərbaycan Atçılıq Heyətinin rəisi Məhəmmədəli Cavidi isə yarışların keçirilməsindən məqsəd atçılığın inkişaf etdirilməsi olduğunu bildirib. O vurğulayıb ki, yarışlar düzgün təşkil olunarsa, Mərəndin ölkə üzrə keçirilən yarışlara ev sahibliyi etməsi üçün şərait yaranacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir