Cümə axşamı , 25 Aprel 2024
Ana səhifə / Azərbaycan / Məşhur türkiyəli müğənnidən “Traxtur” tərəfdarlarına mesaj – VİDEO

Məşhur türkiyəli müğənnidən “Traxtur” tərəfdarlarına mesaj – VİDEO

Güney Azərbaycanın “Traxtur” futbol komandasının tərəfdarları bu dəfə komandanın nişanlarından olan şərfi məşhur türkiyəli müğənni və bəstəkar İsmayıl Yurdsəvənə (İsmayıl YK) göndərib.

Hədiyyəni böyük rəğbətlə qarşılayan sənətkar bu barədə İnstaqram səhifəsində video paylaşıb.

Şərfi boynuna asan müğənni göndərilən hədiyyəyə görə təşəkkür edib, “Traxtur” komandasına uğurlar arzulayıb.

Bundan əvvəl “Traxtur” tərəfdarları sevimli komandanın şərfini Türkiyənin TV8 kanalının ən baxımlı verilişlərindən biri “Survivor” proqramına göndərmişdir.

Güney Azərbaycan komandası gün keçdikcə dünya üzrə, xüsusi ilə də türk ölkələrində daha çox tanınır. Komanda tərəfdarları yarışlarda əldə edilən nəticəyə baxmayaraq bu komandaya dəstəklərini əsirgəmir. Ona görə ki, “Traxtur” futbol komandası olmaqdan əlavə, həm də Güney Azərbaycan türk millətinin milli və demokratik hüquqlarının dilə gətirilməsi üçün xüsusi əhəmiyyət daşıyır. Azarkeşlər “Nə topdu, nə qoldu – “Traxtur” milli yoldu” şüarı səsləndirərək bütün hallarda sevimli komandanın yanında olduqlarını nümayiş etdirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir