Cümə axşamı , 28 Mart 2024
Ana səhifə / Azərbaycan / Novruz bayramı şənlikləri sırasında qədim “su üstü” mərasimi keçirilib – Ərdəbildə / GÖRÜNTÜ

Novruz bayramı şənlikləri sırasında qədim “su üstü” mərasimi keçirilib – Ərdəbildə / GÖRÜNTÜ

Güney Azərbaycanın bütün şəhər və kəndlərində Novruz bayramı şənlikləri təşkil olunur.

Bayram şənlikləri sırasında Ərdəbildə hər il həyata keçirilən mərasimlərdən biri də qədim “su üstü” (“Çeşmə başı” və ya “Nav üstü”) mərasimidir. Adətə görə hər il ərdəbilli qadınlar İlaxır çərşənbədən bir gün sonra özləri ilə su küzəsi, qayçı və süpürgə götürərək Balıqlı çayının “yeddi göz” körpüsünün kənarınnda “su üstü” mərasimini nümayiş etdirirlər. İnanca görə mərasim arzuları çin etmək və çətinlikləri arxada qoymaq məqsədi ilə həyata keçirilir.

Mərasim zamanı suyun üzünü süpürmək, qayçılamaq, köhnə ayaqqabıları suya atmaq və s. kimi işlər görülür.

Novruz bayramı Azərbaycanın adət-ənənələrini, milli ruhunu özündə əks etdirən ən gözəl el şənliyi sayılır. Bütün dünya azərbaycanlıları bu bayramı böyük sevinclə qeyd edir.

Mərasimin şəkilləri “Təsnim” xəbər agentliyindən götürülüb:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir