Cümə axşamı , 18 Aprel 2024
Ana səhifə / Azərbaycan / Qərbi Azərbaycanda koronavirus infeksiyasından ölənlərin sayı 162 nəfər olub

Qərbi Azərbaycanda koronavirus infeksiyasından ölənlərin sayı 162 nəfər olub

İranın səhiyyə rəsmisinin açıqlamasına görə, Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində koronavirusa yoluxanların sayı 2407 nəfərə çatıb.

Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə əyalətdə koronavirus infeksiyasından ölənlərin sayının 162 nəfərə çatdığını bildirib. Ağazadənin verdiyi məlumata əsasən, ötən 24 saat ərzində daha 58 nəfərdə infeksiya aşkarlanıb. O, Qərbi Azərbaycanda xəstəliyə yoluxanlardan 1345 nəfərinin sağaldığını qeyd edib. 

Güney Azərbaycanın Zəncan əyalətində də rəsmi açıqlamalara görə, koronavirus infeksiyasına yoluxanların sayı 952 nəfərə çatıb. Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş son 24 saatda daha səkkiz nəfərin xəstəliyə yoluxduğunu bildirib. Zəncanda koronavirusdan ölənlərin sayı isə 100 olub. Qızılbaşın dediyinə görə, infeksiyaya yoluxanlardan 758 nəfər tam sağalaraq evə buraxılıb.

Şərqi Azərbaycan əyalətində isə dünən verilən məlumata görə, koronavirus infeksiyasından ölənlərin sayı 348 nəfərə, xəstəliyə yoluxanların sayı 4411 nəfərə çatıb.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sərəncamına əsasən yalnız analizdən keçən və cavabı pozitiv olan xəstələrin sayı koronavirusa yoluxanların rəsmi statistikasına daxil edilir. Xəstəliyə yoluxanların hamısından analiz götürülmədiyinə görə isə rəsmi rəqəmlər koronavirusa yoluxanların həqiqi statistikasının sadəcə bir hissəsini əhatə edir. 

Güney Azərbaycanın digər əyalətlərinin, o cümlədən, Həmədan, Ərdəbil və Qəzvinin səhiyyə xidməti məsulları pandemiya ilə bağlı yeni rəqəmlər açıqlamağı dayandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir