Bazar , 7 Mart 2021
Ana səhifə / Azərbaycan / Sulduzda divarlara azərbaycanlı fəalların azadlığını tələb edən posterlər yapışdırılıb – GÖRÜNTÜ

Sulduzda divarlara azərbaycanlı fəalların azadlığını tələb edən posterlər yapışdırılıb – GÖRÜNTÜ

Koronavirus böhranı ilə əlaqədar güney azərbaycanlı milli-mədəni fəalların azadlığa buraxılmasını tələb eədn soydaşlarımızın sayı gün keçdikcə artır.

Son məlumata görə, Qərbi Azərbaycan Əyalətinin Sulduz şəhərində divarlara fəalların sərbəst buraxılmasını tələb edən şüarlar yazılıb.

Posterlər yerli millli-mədəni fəallar tərəfindən əhali arasında da geniş paylanılıb.

Koronavirus infeksiyası ilə əlaqədar bir neçə güney azərbaycanlı milli-mədəni fəal məzuniyyətə buraxılıb. Lakin Azərbaycan əhalisi və beynəlxalq insan hüquqları qurumlarının ardıcıl tələbinə baxmayaraq Abbas Lisani, Lətif Həsəni, Tövhid Əmir Əmini və Məhəmməd Əbdülməhəmmədzadə kimi milli-mədəni fəallar hələ də həbsxanadan məzuniyyətə buraxılmır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir