Cümə axşamı , 18 Aprel 2024
Ana səhifə / Azərbaycan / Təbriz bazarında Novruz bayramı şənlikləri keçirilib – GÖRÜNTÜ

Təbriz bazarında Novruz bayramı şənlikləri keçirilib – GÖRÜNTÜ

Güney Azərbaycan şəhərlərində Novruz bayramı şənlikləri geniş miqyasda keçirilir.

Mərasimlərin keçirildiyi yerlərdən biri də Təbriz bazarı olub. Bu məkanda martın 19-da “Təkəm gəzdirmə”, aşıq musiqisi, Azərbaycanın qədim oyunları və ilaxır çərşənbə ilə bağlı mərasimlər nümayiş etdirilib.

Tədbirlərin keçirilməsində məqsəd yerli mədəniyyət və adət-ənənələri qoruyub saxlamaqdır. Oxşar mərasimlər Azərbaycanın digər şəhərlərində də həyata keçirilir.

Novruz bayramı Azərbaycanın adət-ənənələrini, milli ruhunu özündə əks etdirən ən gözəl el şənliyi sayılır. Bu bayram dünya azərbaycanlıları tərəfindən böyük sevinclə qarşılanır.

Təbriz bazarında keçirilən bayram şənliklərinin şəkilləri “Mehr” xəbər agentliyindən götürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir