Cümə , 19 Aprel 2024
Ana səhifə / Azərbaycan / “Traxtur” və “Maşınsazi” dünya reytinqində 2 pillə irəliləyib

“Traxtur” və “Maşınsazi” dünya reytinqində 2 pillə irəliləyib

Güney Azərbaycanın “Traxtur” və “Maşınsazi” klubları dünya klublarının reytinq siyahısında 2 pillə irəliləyib.

Məlumata görə, məşhur “clubworldranking” saytı dünyanın ən güclü klublarının yeni reytinq siyahısını açıqlayıb. Cədvəldə Güney Azərbaycan klubları da yer alıb.

Hesabında 2290 xal olan “Traxtur” 330-cudur. Azərbaycan komandası ötən siyahı ilə müqayisədə 2 pillə irəliləyib.

Siyahıya düşən digər klubumuz – “Maşınsazi” 1560 xalla 458-cidir. Bu klubun da ötən siyahı ilə müqayisədə 2 pillə irəllədiyi məlum olub.

Baş məşqçilərin yeni reytinq siyahısında isə “Traxtur”un baş məşqçisi Sakit İlhami 750, “Maşınsazi”nin baş məşqçisi Vahid Şeyxləri 999-cu yerdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir