Cümə axşamı , 28 Mart 2024
Ana səhifə / Azərbaycan / Urmiya ətrafında kürd kəndində nadir tapılan ayı vəhşicəsinə öldürülüb – VİDEO

Urmiya ətrafında kürd kəndində nadir tapılan ayı vəhşicəsinə öldürülüb – VİDEO

Urmiya şəhərinin ətraf məntəqələrində yerləşən bir kürd kəndində nəsli kəsilməkdə olan bir ayı vəhşicəsinə öldürülüb.

Məlunə kəndinin əhalisi heyvanı vəhşicəsinə öldürdükdən sonra cəsədini kənd ərazisində sürüyüblər.

Kürd cərəyanlarına bağlı kanallar videodakı səsləri silərək dilsiz heyvanı öldürənlərin kimliyini gizlətməyə çalışıblar. Lakin bəzi videolarda vəhşi əməl törədənlərin səsi eşidilir.

Təəssüflər olsun ki, bəzi kütləvi informasiya vasitələri, o cümlədən BBC, İran İnternational, Radio Farda, Deutsche Welle, Radio Zamaneh, IranWire, Tavana və s. kürdlərlə bağlı xəbərləri koordinasiya edilmiş bir şəkildə senzura edirlər.

Məsələyə münasibət bildirən Urmiya Şəhər İcra Hakimiyyətinin başçısı heyvanı öldürənlərdən birinin saxlanılması barədə qərar verildiyini bildirərək onunla birlikdə olanların da saxlanılacağını qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir