Bütöv Azərbaycan Birliyi (BAB) sədrinin birinci müavini Çingiz Göytürk Güney Azərbaycan Milli Hərəkatının potensial gücünü hərəkat üçün özgə olan hədəflərə yönəltməyi planlaşdıran qüvvələr və onların apardığı siyasət barədə bəyanat yayıb.
Bəyanatda bildirilir:
“Azərbaycanımızın
güneyində cərəyan edən çağdaş Azərbaycan milli hərəkatı öz taleyüklü
sınaqlarından birini daha keçməyə hazırlaşır. Öz milli dövlətini qurma hədəfi
ilə Azərbaycan milli hərəkatına yabanci hədəflər arasında seçim dilemması ilə
qarşı-qarşıya buraxılmaq istənən Azərbaycan xalqı bir kəz daha öz idealları və
hədəflərinə sonuna qədər sadiq qalacağını dosta və düşmənə göstərmək əzmi və
iradəsindədir.
Bilindiyi kimi, xalqımızın Azərbaycanın güneyində öz milli
dövlətini qurma hədəfi ilə başlatdığı çağdaş hərəkatımız, artıq geniş bir
potensiala sahib olmuş və İran adlanan dövlətdə hər hansı yöndə bir dəyişimin
olmazsa-olmaz gücü və qüvvəsinə çevrilmişdir.
İran adlanan ölkədə rejim və ya hakimiyyət dəyişikliyi
hədəfini güdən oppozision, onların daxili və xarici yandaşları, dəfələrlə cəhd
etdikləri kimi, bu gün də Azərbaycan milli hərəkatı potensialını öz hədəflərinə,
yəni hərəkatımız üçün özgə olan hədəflərə yönəltmək niyyətindədirlər. Təkcə
ortaq tərəfləri paniranizm səfsətəsinə bağlılıqları olan bu qüvvələrin, dəfələrlə
bu kimi girişimlərdən əliboş dönmələrinə baxmayaraq, yenə də belə bir təşəbbüsə
baş vurmalarının iki ana səbəbi vardır:
Azərbaycan milli hərəkatı potensialını özlərinin cılız hədəflərinə
alət edərək onu güc qaynağından (millətdən) uzaqlaşdırmaq,
Bu potensialı milli dövlət qurma hədəfindən uzaqlaşdıraraq
”İran” dövlətinin bəqasını təmin etmək.
Paniranistlərin növbəti belə bir cəhdinin, illərlədir
terrorçu qüvvələr siyahısında olan ”İran Xalq Mücahidləri”nin öncüllüyü, ərəb sərmayəsi
və milli hərəkat sıralarına sızmış bir neçə opportunistin qatılımı ilə gerçəkləşdirilmək
istənməsi xüsusi mənidardır. Məlum olduğu kimi, Sentyabr ayının 23 və 24-ü
Newyorkda ”future of İran” adı altında Xalq Mücahidlərinin liderliyində və guya
İrandakı etnik qrupları təmsil edən bir neçə opportunistin qatılımı ilə bir
toplantı gerçəkləşəcəkdir.
Sivil-mədəni ənənələrə sahib və sadiq olan Azərbaycan
milli hərəkatının adının belə, terrorçu təşkilatlarla yan-yana gətirilməsi
başlı-başına bir xəyanətdir. Bu xəyanət eyni zamanda İran molla rejiminə də
milli hərəkatımız və fəallarımıza qarşı terroristlərlə əməkdaşlıq bəhanəsi ilə
daha sərt basqı uygulamağa əsas verəcəkdir. Çağdaş Azərbaycan milli hərəkatında
bir dönüş nöqtəsi olacaq belə bir tarixi şəraitdə Güneyli-Quzeyli Azərbaycan
xalqının, təşkilatlarımızın, aydınlarımızın, liderlərimizin bu bəqa savaşında hərəkatımızın
və onun hədəflərinin yanında olacağından və tarixi görəvi şərəflə üstlənib
yerinə gətirəcəyindən, kəsinliklə quşqumuz yoxdur.
Hörmətlərimlə:
Çingiz Göytürk BAB Sedrinin Birinci Müavini”