Azərbaycan Milli Azadlıq Hərəkatının tanınmış öncüllərindən, Bütöv Azərbaycan yolunun yorulmaz alim şəxsiyyətlərindən olan ARİF RƏHİMOĞLU bəyin ölümü ilə bağlı Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzinin bildirisi
Yayılan acı bilgilərə görə, 2022-04-03 günü, Azərbaycan və Türk dünyasının böyük düşürlərindən olan Arif Rəhimoğlu bəy dünyasını dəyişmişdir. Dərin üzüntü hissi ilə bu böyük itgini Bütöv Azərbaycan sevdalıları başda olmaqla “Azərbaycan Türk Millətinə” , Türk Dünyasına başsağlığı veririk. Arif Rəhomoğlu bütün aktiv milli-siyasi ömründə millətinin səadəti, azadlığı və bağımsızlığı uğrunda geniş boyudlu alanlarda çalışdı. İstər bilim insanı kimi, istər siyası öncül kimi, istərsə də demokratiya və İnsancıl hərəkətlərdə durmadan çalışdı. Yazdı, yazdırdı, təşkilatlar yaratdı və gəncləri yaratmağa təşviq etdi. Azərbaycanın 31-dekabr, milli birlik və həmrəylik gecəsinə damğa vuranlardan oldu.
1990 lardan etibarən Elçibəyin ən ilk elçərindən biri kimi Azərbaycanın Güneyində milli fəallarla irtibata girərək turlu yollarla Təbriz və başqa Güney bölgələrində oldu. 1995-ci ildə milli öndər Elçibəy ilə Kələkidə görüşəndən sonra Bakıda bütöv “Azərbaycan Təşkilatlarının Kardınasya Şurasını” quranlarda oldu. 1997-ci ildə Bakıda Elçibəyin yaratdığı möhtəşəm “Bütöv Azərbaycan Birliyində” BAB Sədrinin İdeolojik Müavini seçildi. Ürək xəstəliyi üzündən 3.cü kəs əməliyat olunca, Bakını Avrupaya tərk etdi. İsveçin Göteborg şəhərində yerləşən gündən etibarən dərnəkçilik çalışmalarına başladı. 2007-ci ildə “Batı Yötaland Azərbaycan Evi Birliyi”nin yaranmasında baş rollardan biri oldu. Ayaqdan düşməkdə olan “İsveç Azərcaycan Fedrasiyon”nun yenidən canlanması üçün bir an dayanmadan çalışdı. Təşkilatçılığı ilə birlikdə elmi işlərində də geri qalmadı. 100-lərcə milli dəyərli elmi məqalələr yazdı, saysız elmi məruzələr ortaya qoydu.
20-dən çox Türk təməlli Azərbaycan mərkəzli qaynaq kitab yazdı. Bir neçə böyük əsəri çapa hazır olsa da basına verilməmiş qaldı. Özünün çox sevdiyi geniş qaynaqlı, ulusal ruhlu “YAŞMAQLI PANFARSİST” adlı əsərinin yayımı isə sevənlərinə əmanət qaldı. Sözsüz ki, bu əsərin yayılması ilə böyük düşünürün yolu daha artıq gedərli olacaqdır. Adı-sanı ulusuyla yaşasın, yolu gedərli olsun. Dəyərli ömürgün yoldaşının, balalarının, sevənlərinin kədəri yüngün olsun. Türk ulusunun və Azərbaycanın başı sağolsun.
Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi üyələri:
Azadlıq Cəbhəsi (GAMAC)
Azərbaycan Mərkəz Partiyası (AMP)
Azərbaycan Milli Dirənis Təskilatı (Dirənis)
Azərbaycan Oyrənci Hərəkatı (AZOH)
Guney Azərbaycan Demokrat Partiyası (GADP)
Guney Azərbaycan Istiqlal Partiyası (GAIP)
Guney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP)
Guney Azərbaycan Demokratik Turk Birliyi (GADTB)
05.04.2022