Dəyərli Azərbaycan Türk Milləti!
Bildiyiniz kimi Güney Azərbaycan Milli Hərəkətına mənsub 9 təşkilatın birgə təşəbbüsü ilə 17.7. 2021-ci il tarixdən etibarən Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi fəaliyyətə başlayıb.
Bu qurumun yaradılmasının əsas məqsədi milli hərəkatla ilgili ortaq məşvərət və müzakirələr aparmaq, Güney Azərbaycanla bağlı aparılan fəaliyyətlərə birlikdə dəstək vermək, bildirilər yaymaq, çağırışlar etmək və kordinə olunmuş şəkildə təşkilatlararası işbirliyinə nail olmaqdan ibarətdir. Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi ortaq qərarla özünün 14 maddəlik fəaliyyət prinsiplərini və iç düzüyünü hazırlamış və bu əsasda da dəfələrlə Güney Azərbaycan Milli Hərəkatı ilə bağlı birgə bəyanat, bildiri və çağrışlara imza atmışdır.
Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi davamlı olaraq iclaslarını keçirir, Güney Azərbaycanla bağlı gündəmdə olan məsələləri ortaq müzakirəyə çıxarır və zəruri olduğu halda qərarlar qəbul edir. Məlumat üçün bildirmək istərdik ki, mərkəzə üyə təşkilatlardan biri olan GAMOH 24.3.2022-ci il tarixdə öz istəyi ilə bu qurumdan ayrılmışdır. Hazırda Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzində 8 təşkilat təmsil olunur və bu qurum öz fəaliyyəti ilə bağlı davamlı olaraq millətimizə bilgi verəcəkdir.
Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi üyələri:
1-Azadlıq Cəbhəsi (GAMAC)
2-Azərbaycan Mərkəz Partiyası (AMP)
3-Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)
4-Azərbaycan Öyrənci Hərəkatı (AZOH)
5-Güney Azərbaycan Demokrat Partiyası (GADP)
6-Güney Azərbaycan İstiqlal Partiyası (GAİP)
7-Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP)
8-Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)
29.3.2022