Urmiya şəhərinin ətraf məntəqələrində yerləşən bir kürd kəndində nəsli kəsilməkdə olan bir ayı vəhşicəsinə öldürülüb. Məlunə kəndinin əhalisi heyvanı vəhşicəsinə öldürdükdən sonra cəsədini kənd ərazisində sürüyüblər. Kürd cərəyanlarına bağlı kanallar videodakı səsləri silərək dilsiz heyvanı öldürənlərin kimliyini gizlətməyə çalışıblar. Lakin bəzi videolarda vəhşi əməl törədənlərin səsi eşidilir. Təəssüflər olsun ki, …
Davamı...Şəbistərdə iş yerində baş verən qəzada iki nəfər həlak olub
Güney Azərbaycanda iş yerlərində ölümlə nəticələnən qəzaların ardı-arası kəsilmir. Martın 26-da Şəbistər şəhərində iş yerində baş verən qəzada iki fəhlə həyatını itirib. Məlumata görə, bədbəxt hadisə fəhlələr Şəbistərlə Vayqan qəsəbəsi arasında qazılan kanalda su borularını quraşdırarkən baş verib. Ölümlə nəticələnən hadisəyə Şəbistər Qızıl Aypara Cəmiyyətinin rəisi Tağı Xəbbazi münasibət …
Davamı...Qərbi Azərbaycanda 5 nəfər spirtdən ölüb
Qərbi Azərbaycan Tibb Universitetinin rəisi əyalətdə spirtdən zəhərlənənlərin sayının artdığını bildirib. Cavad Ağazadə koronavirus infeksiyası başlayandan bəri spirtdən zəhərlənmə faktları ilə bağlı cümə axşamı günü mətbuata danışıb. “Spirt içməklə koronavirus infeksiyasından qorunmaq mümkündür məntiqi, yalan və şayiədir. Bunun ağır nəticələri var.”- deyə universitet rəisi bildirib. Cavad Ağazadənin sözlərinə görə, koronavirus …
Davamı...Güney azərbaycanlı ziyalılar və tanınmış fəallar İran həbsxanalarında həbsdə olan fəallarla bağlı Ümumdünya Səhiyyə Təşkilatı və BMT-yə müraciət edib
Bir qrup güney azərbaycanlı ziyalı və tanınmış fəal İran həbsxanalarında həbsdə olan fəallarla bağlı Ümumdünya Səhiyyə Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi Cavid Rəhmana məktub ünvanlarıb. Məktubda koronavirus infeksiyasının İran həbsxanalarında yayılması barədə xəbərdarlıq edirərək güney azərbaycanlı siyasi məhbusların müvəqqəti sərbəst buraxılması tələb olunub. ƏRK- …
Davamı...Təbriz həbsxanasında baş verən üsyanın Təfərrüatı…
Xəbər verdiyimiz kimi, cümə axşamı günü Təbrizin Mərkəzi Zindanında üsyan baş verib. Qəzəbli məhbusların üsyanının yeni təfərrüatı məlum olub. Həbsxananın daxilindən ötürülən məlumata əsasən, 9-cu bölümdə bir neçə məhbus iki əsgərin silahını əlindən alaraq ətrafda olan həbsxana məsullarını girov götürüb, 9-cü bölümə giriş və çıxışa icazə verməyiblər. Məhbuslar tərəfindən girov …
Davamı...Təbrizin Mərkəzi Həbsxanasında nə baş verir? Güllə səsləri eşidildi – VİDEO
Təbrizin Mərkəzi Həbsxanasında saxlanılan məhbusların üsyan etməsi ilə bağlı ziddiyyətli xəbərlər yayılır. Məlumata görə, martın 26-ı günortadan sonra həbsxanada saxlanılan məhbuslar toplaşaraq üsyana qalxıb, onların bir neçəsinin cəzaçəkmə müəssisəsindən qaçdığı bildirilir. Teleqram kanalları və yerli kütləvi informasiya vasitələri bir çox məhbusun qaçmağa nail olduğunu bildirir. Deyilənlərə görə, gözyaşardıcı qazla etirazçı …
Davamı...Güney Azərbaycanda meşə ağacları kəsilməkdə davam edir
Güney Azərbaycanın müxtəlif bölgələrində meşə ağaclarının vaxtaşırı dövlətin icazəsi ilə və ya qeyri-qanuni şəkildə kəsilməsi ətraf mühit tərəfdarlarının ciddi nigaranlığına səbəb olur. Son məlumata görə, Qərbi Azərbaycanın Qoşaçay məntəqəsində qaçaq ağac daşıyan 4 yük maşını saxlanılıb. Bu barədə Qoşaçay Polis İdarəsinin rəisi cənab Şeyxnəjad mətbuata məlumat verib. “Qoşaçay-Təbriz yolunda 70 …
Davamı...Güney azərbaycanlı şagird: Fars dilinin qorunub saxlanılması üçün heçnə edən deyiləm – GÖRÜNTÜ
Urmiya şəhərində bir azərbaycanlı məktəbli fars dili və ədəbiyyatı dərsliyinin ev tapşırığı bölümündə sözdə ölkənin milli dili adlandırılan fars dili ilə bağlı diqqətçəkici sözlər yazıb. İnsan hüquqlarına zidd olaraq ölkədə yaşayan bütün millətlərin “iranlı” və eyni milli kimliyə malik olduğu iddia edilən kitabda şagirdlərdən “milli dilin qorunması üçün nə edə …
Davamı...Güney azərbaycanlı fəal Əli Əzizi sərbəst buraxılıb
Güney azərbaycanlı milli-mədəni fəal Əli Əzizi Təbrizin Mərkəzi Zindanından müvəqqəti olaraq sərbəst buraxılıb. O martın 25-də 500 milyon tümənlik mülki vəsiqə qarşılığında azad edilib. Təhlükəsizlik qüvvələri fevralın 23-də fəalın ata evinə müraciət edərək onu yaxalayıb. Fəalın valdeyinləri, təhlükəsizlik qüvvələri məhkəmə hökmü təqdim etmədiyi üçün onlara müqavimət göstərib, buna baxmayaraq məmurlar …
Davamı...“Traxtur” klubu: Heç bir komanda çempion elan olunmadan yarışlar dayandırılsın
Güney Azərbaycanın “Traxtur” futbol klubunun icraçı direktoru koronavirus epidemiyası ilə bağlı ölkə kuboku və super liqa yarışlarının dayandırılmasını təklif edib. Mirməsum Söhrabi bu barədə “Vərzeş 3” saytının müxbirinə açıqlama verib. Koronavirus epidemiyası ilə bağlı ağır vəziyyət yarandığını bildirən Mirməsum Söhrabi bu vəziyyətdə yarış, hətta məşqlərin keçirilməsinin təhlükəli olduğunu bildirib. O …
Davamı...