Cümə axşamı , 25 Aprel 2024
Ana səhifə / Azərbaycan (page 155)

Azərbaycan

Azərbaycanlı fəallar Tohid Əmir Əmini və Kiyanuş Aslani saxlanılıb – Tehranda

Azərbaycanlı milli-mədəni fəallar Tohid Əmir Əmini və Kiyanuş Aslani fevralın 20-i axşam saatlarında Tehranın İnqilab meydanında təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Fəalların yaxınları tərəfindən verilən məlumata görə, bundan əvvəl təhlükəsizlik qüvvələri fəalların Ərdəbildə yaşayan ailə üzvləri ilə əlaqə saxlayıb onlara övladlarının mədəni fəaliyyəti ilə bağlı xəbərdarlıq ediblər. Fəalların ailəsinə çatdırılıb ki, …

Davamı...

Bu gün Beynəlxalq Ana Dili Günüdür

21 Fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı (BMT) 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib. Hadisənin tarixi isə bir qədər də əvvələ gedir. 21, 22 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq …

Davamı...

Güneyli milli-mədəni fəalların Azərbaycanın tanınmış mübarizi Abbas Lisaninin azadlığını tələb edən VİDEOLARI – (14)

Azərbaycanlı milli-mədəni fəallar Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılan tanınmış fəal Abbas Lisaninin azadlığını tələb edən videolar yayıblar. Siz də öz videolarınızı göndərərək kampaniyaya qoşula bilərsiniz: #abbas_lisaniye_özgürlük Abbas Lisani yanvarın 15-də məhkəmə iclası keçirildikdən sonra Təbrizin İnqilab Məhkəməsində təhlükəsizlik qüvvələri tərəfindən oğurlanaraq Ərdəbil Zindanının karantin bölümünə aparılıb.

Davamı...

Məhkəmə Tikantəpənin Sarıcalı kəndinin əhalisinə qarşı ədalətsiz qərar çıxarıb – VİDEO

GünAz TV: Tikantəpə Məhkəməsinin 2-ci şöbəsi Sarıcalı (Sarıclu) kəndinin yoxsul əhalisini kəndin ətrafında polimetal mədənində iş aparan sahibkarlara cərimə ödəməyə məhkum edib. Ötən günlərdə açıqlanan məhkəmə hökmü kəndin 20 sakininə göndərilib. Hökmə əsasən kənd əhalisinin hər biri 23,809,520 rial mədənçilərə, məhkəmə prosesinin xərci ilə bağlı isə 16,516,664 rial (məhkumların hər …

Davamı...

Fars irqçiliyi simvollarının quraşdırılmasına etiraz… – Ərdəbildə

Fars irqçiliyi simvollarının Ərdəbil şəhərinin Bəsic meydanında quraşdırılması soydaşlarımızın etirazına səbəb olub. Çox sayda güney azərbaycanlı sosial şəbəkələrdə meydanda quraşdırılan əhəmənilərə (həxaməneşilər) aid heykəllərin şəkilini paylaşaraq hökumətin bu qərarını pisləyib və irqçilik simvollarının götürülməsini tələb edib. Azərbaycanlı internet istifadəçiləri inanır ki, İran rejimi türklərin tarixi əsərlərini bilərəkdən sıradan çıxarır, yerinə …

Davamı...

Divarlara növbəti dəfə Abbas lisaninin azadlığını tələb edən şüarlar yazılıb – Tehranın İslamşəhr şəhərində / GÖRÜNTÜ

Güney Azərbaycanın əksər şəhərlərində olduğu kimi, Tehran Əyalətində də Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılan tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin saxlanmasına etirazlar davam edir. Məlumata görə, Tehran Əyalətinin İslamşəhr şəhərində divarlara tanınmış fəalın qeyd-şərtsiz sərbəst buraxılmasını tələb edən şüarlar yazılıb. Yerli azərbaycanlı milli-mədəni fəallar “Abbas Lisani azad olunsun”, “Biz hamımız …

Davamı...

Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyəti Beynəlxalq Ana Dili Günü ilə bağlı bəyanat yayıb

Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyəti 21 Fevral- Beynəlxalq Ana Dili Günü ilə bağlı bəyanat yayaraq İran rejiminin ölkədəki qeyri-fars dillərinə qarşı tətbiq etdiyi qadağanı pisləyib. “Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası 20 il əvvəl 21 fevralı Beynəlxalq Ana Dili Günü kimi qəbul etdikdən sonra əksər ölkələrdə yerli və ana dilləri ilə …

Davamı...

Xalxalda dəmir dövrünə aid 99 tarixi əsər tapılıb

Güney Azərbaycanın Xalxal şəhərində dəmir dövrünə aid olan tarixi əsərlər tapılıb. Bu barədə Xalxal prokuroru Əli Nəbati mətbuat konfransında məlumat verib. “Xalxalda dəmir dövrünə aid 99 tarixi əşya tapılıb. Ərdəbil Əyaləti Mədəni İrs Təşkilatının ekspertləri fevralın 18-dən həmin əşyaların üzərində araşdırmaya başlayıblar”- deyə o bildirib. Ərdəbil prokuroru əlavə edib ki, …

Davamı...

Təbrizdə səyyar satıcı bələdiyyə məmurları tərəfindən vəhşicəsinə döyülüb – VİDEO

Güney Azərbaycanda Bələdiyyə İdarəsi məmurlarının səyyar satıcıları döyməsi məsələsi növbəti dəfə sosial şəbəkələrin gündəminə düşüb. Güney Azərbaycanın Təbriz şəhərində yoxsulluqdan səyyar satıcılıqla məşğul olan bir gənc şəhərin Bələdiyyə İdarəsinin məmurları tərəfindən hücuma məruz qalıb, onun satdığı mallar zorla əlindən alınıb. Ötən günlərdə baş verən hadisə soydaşlarımızdan biri tərəfindən kameraya çəkilib. …

Davamı...

Təbrizdə divarlara növbəti dəfə posterlər yapışdırılıb: “Biz hamımız Abbas Lisaniyik”

Bir aydan çoxdur Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılan tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin saxlanmasına etirazlar davam edir. Son məlumata görə, Təbriz şəhərində növbəti dəfə divarlara Abbas Lisani və digər azərbaycanlı siyasi məhbusların azadlığını tələb edən posterlər yapışdırılıb. Posterlərə ingilis və fars dillərində “Abbas Lisani Azərbaycan millətinin səsidir”, “Abbas Lisanini …

Davamı...