Şənbə , 5 Oktyabr 2024
Ana səhifə / Azərbaycan (page 4)

Azərbaycan

İran Teleradio qurumu növbəti dəfə Azərbaycan ərazisi üçün saxta addan istifadə edib

İran Teleradio təşkilatına bağlı olan “Gənc Jurnalistlər Klubu” xəbər agentliyi Güney Azərbaycanın Soyuqbulaq (Mahabad) şəhərini saxta adla təqdim edərək “Mahabad əyaləti” adlandırıb. Teleradio təşkilatının siyasi müavinliyi nəzarətində fəaliyyət göstərən agentlik saytının əyalətlər üzrə xəbər bölməsində Qərbi Azərbaycan əyalətində yerləşən Soyuqbulağı bu əyalətin bir hissəsi kimi deyil, “Mahabad Əyaləti” kimi qələmə …

Davamı...

Şərqi Azərbaycanda 882 nəfər yol qəzalarında ölüb

Ötən il (İranda yeni il Novruz bayramında başlayır) Şərqi Azərbaycan Əyalətində baş verən yol qəzalarında təxminən 900 nəfər həyatını itirib. Bu barədə Şərqi Azərbaycan Tibbi Ekspertiza Mərkəzinin rəisi Dr. Əli Səfayifərd aprelin 22-də mətbuata məlumat verib. “Ötən il Şərqi Azərbaycan Əyalətində 882 nəfər yol qəzalarında həyatını itirib.  Bu rəqəm bir …

Davamı...

İran İrşad Nazirliyindən farsdillilərin “milli azlıq” adlandırılmasına reaksiya

İran Mədəniyyət və İrşad Nazirliyi, Teleradio Şirkətinin 1-ci kanalında ölkədə farsdillilərin milli azlıq adlandırılmasına reaksiya verib. İrşad nazirinin müşaviri Mahmud Şaluyi çərşənbə günü mövzu ilə bağlı açıqlama verərək bildirib ki, bu məsələnin kənarından ehmalca keçmək düzgün deyil. “Şübhəsiz ki, “Sibqət müsabiqəsi” verilişinin aparıcısının ölçüsüz, çiy və gözlənilməz ifadəsi bu qədər …

Davamı...

Əhərdə məişət tullantıları düzgün zərərsizləşdirilmir – Bələdiyə başçısına xəbərdarlıq edildi

Şərqi Azərbaycan Ətraf Mühitin Mühafizəsi İdarəsinin rəis müavini Əhərdə bələdiyyə başçısının məişət tullantılarının dəfn olunduğu yerə düzgün nəzarət etmədiyini deyib. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən mətbuata verilən məlumata görə, Möhsün Hüseyni Əhərdə məişət tullantılarının dəfn edildiyi yeri göstərən şəkillərə işarə edərək bu barədə bələdiyyə başçısına rəsmi xəbərdarlıq edildiyini bildirb. “Ötən …

Davamı...

Təbrizdə divarlara məhbusların azadlığa buraxılmasını tələb edən şüarlar yazılıb – GÖRÜNTÜ

Koronavirus infeksiyası ilə bağlı həbsdə olan güney azərbaycanlı milli-mədəni fəallar və xüsusi təhlükə törətməyən məhbusların azadlığa buraxılmasını tələb edən soydaşlarımızın sayı artıb. Azərbaycanlı fəallar bununla bağlı aprelin 21-də Təbrizin bir neçə məhəlləsində divarlara qrafit texnikası ilə ingilis dilində şüarlar yazıblar. Onlar bu vasitə ilə dünya ictimaiyyətinin diqqətini məhbusların üzləşdiyi koronavirus …

Davamı...

Ərdəbildə 12 bələdiyyə işçisi və podratçıya ağır həbs cəzası verilib

Ərdəbil Ədliyyə İdarəsinin rəisi təmsil etdiyi şəhərin Bələdiyyə İdarəsinin parklar və yaşıllıq zonası təşkilatına aid məhkəmə işi barədə açıqlama verib. Nasir Ətəbati bu barədə aprelin 20-də jurnalistlərin qarşısında çıxış edib. “Birinci instansiya məhkəməsi maliyyə pozuntuları ilə bağlı dosye haqda qərar çıxarıb. Hökmə əsasən 12 nəfər uzunmüddətli həbs cəzasına məhkum edilib. …

Davamı...

Marağada çörəyin bahalaşması etiraza səbəb olub

Güney Azərbaycanın Marağa şəhərində çörəyin qiymətinin artması şəhər əhalisini ağır vəziyyətə salıb. Səlahiyyətli orqanların verdiyi qərar yerli əhali ilə yanaşı Marağa və Əcəbşer şəhərinin İran parlamentindəki millət vəkilinin də etirazına səbəb olub. Əli Əlizadə bu barədə öz Teleqram kanalında bir mətn paylaşıb. “Planlaşdırma və Büdcə Təşkilatının rəisi cənab Nobəxt və …

Davamı...

Güney Azərbaycanda koronavirus barədə məlumat yayan 36 nəfər həbs edilib

Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində koronavirus infeksiyasının yayılması barədə sosial şəbəkələrdə məlumat yayan 36 nəfər həbs edilib. Məsələ ilə bağlı açıqlama verən Qərbi Azərbaycan kiber-polisi (Fəta) rəsmisi polkovnik Hafiz Şərifi bildirib ki, sözügedən şəxslər “şayiə yaymaqda və insanların ictimai asayişini pozmaqda” günahlandırılırlar. Aprel 16 tarixində həbs edilən şəxslərin adı açıqlanmayıb. …

Davamı...

Güney Azərbaycanda ətraf mühit müdafiəçilərinə qarşı sui-qəsd…

Güney Azərbaycanda iki məşhur jurnalist və ətraf mühit müdafiəçisi naməlum şəxs və ya orqanlar tərəfindən sui-qəsdə məruz qalıb. Bu barədə azərbaycanlı vəkil və “Nəsr” xəbər agentliyinin hüquqi məsələlər üzrə müşaviri Sina Yusifi öz Twitter səhifəsində məlumat paylaşıb. “8 ay əvvəl “Nəsr”in müxbiri Aydın Təbrizinin avtomobilinin əyləcləri dayandı. Dünən gecə isə …

Davamı...

İnsan hüquqları üzrə ekspertkər güney azərbaycanlı alimin dərhal azadlığa buraxılmasını tələb edib

Birləşmiş Millətlər Təşkilatının (BMT) insan hüquqları üzrə ekspertləri İrandan koronavirus təhlükəsi ilə əlaqədar əqidə və siyasi məhbuslar, eləcə də xarici və ikili vətəndaşlığı olan məhbusların müvəqqəti sərbəst buraxılmasını tələb ediblər. Ekspertlərin azadlığını tələb etdikləri məhbuslar arasında İsveç vətəndaşlığı olan təbrizli alim Prof. Dr. Məhəmmədrza Cəlalinin də adı var. Bu barədə …

Davamı...