Şənbə , 12 Oktyabr 2024
Ana səhifə / Azərbaycan (page 5)

Azərbaycan

İran televiziyasında fars dillilərin ölkədə “azlıq” təşkil etməsi ilə bağlı etiraf – VİDEO

İran Teleradio Şirkətinin 1-ci kanalının aparıcısı fars dillilərin İranda milli azlıq olduğuna etiraf edib. Videoda göründüyü kimi, aparıcı verilişin qonağından türkcə danışmasını istəyib. O bildirib ki, mən özüm də türkəm, mənim həmkarlarım və  izləyicilərin çoxu da türkdür. Aparıcı qonaqdan evdəki izləyicilərə olan arzusunu türk dilində dilə gətirməsini və həmin sözün …

Davamı...

Zəncanda illik “Aşıqlar Bayramı” mərasimi koronavirus böhranı ilə əlaqədar ləğv edilib

Güney Azərbaycanın Zəncan şəhərində hər il fərvərdin ayının 30-da (aprelin 18-i) keçirilən illik “Aşıqlar Bayramı” mərasimi koronavirus böranı ilə əlaqədar ləğv edilib. Bu barədə proqramın təsisçi heyətinin üzvü, folklor və aşıq musiqisi araşdırıcısı Məhəmməd Rəzzaqi “İrna” xəbər agentliyinə məlumat verib. “Bizim üçün ilk növbədə sənətkarlar və izləyicilərin sağlamlığı əhəmiyyət daşıdığı …

Davamı...

Sulduzda kürd terror qruplaşmalarının törətdiyi qətliamın ildönümündə kürd idmançının heykəlinin ucaldılması gərginlik yaradıb

Güney Azərbaycanın Sulduz şəhərində əhalinin kürd terror qruplaşmaları tərəfindən qətliam edilməsinin ildönümü günlərində şəhərdə kürd idmançının heykəlinin ucaldılması gərginlik yaradıb. Heykəl öncədən elan olunmadan aprelin 16-da Sulduzun Qüds meydanında quraşdırılıb. Sulduz Şəhər Şurasının üzvləri heykəlin hazırlanması və quraşdırılmasından xəbərsiz olduqlarını bildirib. Bəzi qeyri-rəsmi mənbələr isə Sulduz Şəhər Şurasının 7 üzvü …

Davamı...

Güney Azərbaycanda koronavirusa yoluxma və ölüm sayı artıb

Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayı artmaqdadır. Şərqi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi “Səhənd” Telekanalına verdiyi açıqlamada bu əyalətdə son 48 saat ərzində koronavirusdan daha 14 nəfərin öldüyünü bildirib. Bununla da günümüzədək bu xəstəlikdən ölənlərin sayı 292 nəfərə çatıb. …

Davamı...

Tokio-2020 Olimpiadasının xalça lövhəsi Qərbi Azərbaycanda hazırlanıb

Tokio-2020 Olimpiadasının xalçadan olan lövhəsi Qərbi Azərbaycan Əyalətində hazırlanıb. Xalçanı toxuyan Fridun Nəqilu bu barədə “Fars” xəbər agentliyinin müxbirinə danışıb. “Bu xalça Qərbi Azərbaycan Əyalətinin xalçaçılıq sənətini dünyaya tanıtdırmaq məqsədi ilə toxunub, onun hazırlanması iki ay yarım vaxt aparıb. Bu, beynəlxalq səviyyədə keçirilən idman yarışlarına təqdim olunan dördüncü xalça lövhəsidir. …

Davamı...

“Təbrizdə bizi çox sevirlər, izdihamdan şəhərdə gəzə bilmirdim”- “Traxtur”un keçmiş baş məşqçisi Mustafa Dənizli

19-cu super liqa yarışlarının birinci yarısında Güney Azərbaycanın “Traxtur” futbol komandasını çalışdıran türkiyəli mütəxəssis Mustafa Dənizli Təbrizdə gördüklərini ölkəsinin mətbuat orqanlarından birinə danışıb. “Traxtur”un təkcə Təbriz şəhəri deyil, bir bölgəyə aid olduğunu deyən baş məşqçi Güney Azərbaycanda ona və Türkiyəyə xüsusi məhəbbət olduğunu bildirib. “Təbrizə getdiyim gündən məni yaxşı qarşıladılar. …

Davamı...

Güney Azərbaycanın bəzi əyalətlərində koronavirusla bağlı açıqlamalara qoyulan qadağa davam edir

Güney Azərbaycanın üç əyalətində açıqlanan  yeni rəqəmlərə görə, koronavirusa yoluxanların və bu xəstəlikdən ölənlərin sayının artdığı müşahidə olunur. Şərqi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi “Səhənd” Telekanalına verdiyi açıqlamada bu əyalətdə son 48 saat ərzində 247 nəfərdə koronavirus infeksiyasının aşkarlandığını bildirib. Beləliklə, bu günədək əyalətdə …

Davamı...

Salmasda məktəb binalarının əksəriyyətində yenidənqurma işləri aparılmalıdır

Qərbi Azərbaycan Əyalətinin Salmas şəhərində məktəb binlarının əksəriyyətində yenidənqurma işlərinə ehtiyac var. Bu barədə Salmas Şəhər İcra Hakimiyyətinin başçısı Murtaza Əsğəri Təshil İdarəsi Şurasının keçirdiyi iclasda çıxış edib. “Salmasda təhsil ocaqlarının ümumi sahəsi 129 min kvadrat metrdən ibarətdir. Ondan 95 min kvadrat metrdə yerləşən məktəb binaları köhnə və yararsız vəziyyətdədir. …

Davamı...

Təbrizin millət vəkili Əndəryan qızıl mədəninin ətraf mühiti çirkləndirməsi məsələsinin gizlədilməsinə etiraz edib

Təbriz, Azərşəhr (Tufarqan) və Üskünün İran parlamentindəki millət vəkili Əhməd Əlirzabeygi cümə axşamı günü jurnalistlərlə söhbətində Həsən Ruhani hakimiyyətini sərt tənqid edib. Hökumətin ötən illərdə iqtisadi siyasətinin yanlış olduğunu deyən millət vəkili koronavirus böhranı ilə mübarizədə də böyük səhvə yol verildiyini qiddətə çatdırıb. Onun sözlərinə görə, hökumət böhranın qarşısını almaqda …

Davamı...

Əndəryan qızıl mədəninin ətraf mühiti çirkləndirməsi nəhayət ki, bu idarəni hərəkətə gətirdi

Şərqi Azərbaycan Ədliyyə İdarəsinin ictimai məsələlər üzrə rəis müavini Vərziğan mətəqəsində yerləşən Əndəryan qızıl mədəninin ətraf mühiti çirkləndirməsi problemindən danışıb. Əhməd Müvəqqəri cümə axşamı günü mədənə keçirdiyi baxış zamanı təmsil etdiyi idarənin bu işi diqqət mərkəzində saxladığını bildirib. “Ədliyə İdarəsi Əndəryan qızıl mədəninin ətraf mühiti çirkləndirməsi ilə bağlı hazırlanan hesabatları …

Davamı...