Cümə , 29 Mart 2024
Ana səhifə / İran (page 2)

İran

İran koronavirus təhlükəsi səbəbindən bütün təhsil müəssisələrində tətil elan edib

 İranın Koronavirusun İdarə Edilməsi və Qarşısının Alınması Qərargahı ölkədə bütün təhsil müəssisələrində tətil elan edilməsi ilə bağlı qərar qəbul edib. Bu barədə ölkənin Səhiyyə nazirinin müşaviri Əlirza Vahabzadə öz “Twitter” səhifəsində məlumat yayıb. Qərara əsasən, ali təhsil müəssisələrində tətil müddəti daha 1 həftə uzadılacaq. Lakin bunun üçün prezident də öz …

Davamı...

Sabah İranın 55 min seçki məntəqəsində Parlament seçkiləri keçiriləcək

İranın Daxili İşlər naziri Əbdülrza Rəhmani Fəzli sabah Milli Məclis seçkilərinin 208 seçki dairəsi üzrə 55 min seçki məntəqəsində keçiriləcəyini bəyan edib. O, seçki prosesində ümumilikdə 1 milyondan çox insanın fəaliyyət göstərəcəyini deyib. Digər tərəfdən, İran Mərkəzi Seçki Komissiyasının sədri Camal Orf Milli Məclisdə 290 kürsü uğrunda 7 min 148 …

Davamı...

İranın orbitə yeni satellit göndərməsi ilə bağlı 4-cü cəhdi məğlubiyyətə uğrayıb

Fevralın 9-da İranın orbitə yeni satellit göndərməsi ilə bağlı 4-cü cəhdi məğlubiyyətə uğrayıb. Bu barədə, İranın Müdafiə Nazirliyinin kosmik bölməsinin sözçüsü Əhməd Hüseyni dünən jurnalistlərə açıqlamasında məlumat verib. O deyib ki, İranın Simnan əyalətinin fəza mərkəzindən orbitə göndərilən “Zəfər” adlı satellit, orbitə yerləşdirilməsi üçün əvvəlcədən nəzərdə tutulan sürətə çatmayıb: “Bu …

Davamı...

23 deputat Cavad Zərifdən məhkəmə sisteminə şikayət edib- Süleymani ilə bağlı dediklərinə görə

İran Parlamentinin Kirmandan seçilmiş deputatı Məhəmmədrza Puribrahimi 23 millət vəkilinin Xarici İşlər Naziri Məhəmməd Cavad Zərifdən məhkəmə sisteminə şikayət etdiyini deyib. O, buna səbəb kimi Zərifin bir neçə gün öncə Almaniyanın “Şpigel” dərgisi ilə müsahibəsi zamanı Qasım Süleymaninin öldürülməsinə rəğmən, hələ də Amerika ilə müzakirə qapısının bağlanmadığını deməsini əsas göstərib. …

Davamı...

Mayk Pens: “İran rejimi dünyada ən böyük yəhudi düşmənidir”

Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Mayk Pens dünən İsraildə iştirak etdiyi Holokost qurbanlarının anım mərasimində İran rejimini dünyada bir nömrəli anti-semitik dövlət adlandırıb. O, həmçinin beynəlxalq ictimaiyyəti Holokostu inkar edən İran rejimi qarşısında qətiyyətlə dayanmağa çağırıb. Auşvitz həbs düşərgəsinin azadlığının 75-ci il dönümünə təsadüf edən sözegedən mərasim İsrailin “Yəd Vaşem” muzeyində …

Davamı...

İranda etirazlar davam edir: Etirazların 4-cü günündə Tehranda tələbələr “dini lider” Əli Xamneyiyə qarşı şüarlar səsləndiriblər – VİDEO

İran rejiminin üç gün yalan danışmasından sonra Ukraynanın sərnişin təyyarəsinin “Sepah”ın yer-göy raketi ilə vurulmasını rəsmən etiraf etməsinin ardınca hakimiyyətə qarşı başlanan kütləvi etirazlar davam edir. Yanvarın 14-ü axşam saatlarında Tehran Universitetinin tələbələri ilə birlikdə paytaxtın bir neçə ali təhsil ocağında minlərlə tələbə etirazlara qatılaraq, İranın “dini lider”i axund Əli …

Davamı...

Etirazların 3-cü günündə Tehranda Əli Xamneyiyə qarşı “ölüm” şüarları səsləndirilib – 4 VİDEO

İran rəsmilərinin üç gün inkardan sonra Ukraynanın sərnişin təyyarəsinin “Sepah”ın yer-göy raketi ilə vurulmasını etiraf etməsinin ardınca rejimə qarşı dörd gün əvvəl başlanan kütləvi etirazlar dünən də davam edib. Yanvarın 13-də Tehranın Azadlıq küçə və meydanında, o cümlədən də “Şərif” Universitetində tələbələr də daxil olmaqla minlərlə insan etirazlarlara qalxaraq, İran …

Davamı...

Molla rejiminə qarşı etirazlar ölkənin 17 əyalətinə yayılıb. Etirazlarda ən çox Əli Xamneyiyə qarşı şüarlar səsləndirilib – VİDEOLAR

İran rejiminin üç gün inkardan sonra Ukraynanın sərnişin təyyarəsinin “Sepah” raketi ilə vurulmasını etiraf etməsinin ardınca ötən şənbə günündən hakimiyyətə qarşı başlalan kütləvi etirazlar geniş vüsət alaraq, yanvarın 12-də ölkənin 17 əyalətinin şəhərlərinə yayılıb. Yeni etirazlar dalğası paytaxt Tehrandan başqa, ən çox Əhvaz, İsfahan, Təbriz, Qorqan, Sənəndəc, Kirmanşah, Şiraz, Qəzvin, …

Davamı...

İranda rejimə qarşı yeni etirazlarlardan daha 5 VİDEO

İran rəhbərlərinin Ukraynanın sərnişin təyyarəsinin raketlə vurulması ilə bağlı həqiqəti üç gün inkar etməsinin ardınca, onun “Sepah” tərəfindən vurulduğunu rəsmən etiraf etməsindən sonra yanvarın 11-i axşam saatlarında paytaxt Tehranda və digər şəhərlərdə xalq kütlələri küçələrə axışaraq rejimə, axund Əli Xamneyiyə qarşı şüarlar səsləndirərək, “dini lider”in istefasını tələb ediblər. Həmin etirazlardan …

Davamı...

İranda yeni kütləvi etirazlar dalğası. 10 şəhərdə etirazçılar diktator Əli Xamneyinin istefasını tələb ediblər – 7 VİDEO

İran rəsmilərinin sərnişin təyyarəsinin raketlə vurulması ilə bağlı həqiqəti üç gün inkar etməsindən sonra onun “Sepah” tərəfindən vurulduğunu rəsmən etiraf etməsindən sonra yanvarın 11-i axşam saatlarında ölkənin müxtəlif şəhərlərində qəzəbli xalq kütlələri küçələrə axışaraq rejimə qarşı şüarlar səsləndiriblər. Tehranın müxtəlif ali təhsil ocaqlarından, o cümlədən də “Əmir Kəbir” və “Şərif” …

Davamı...