Şənbə , 5 Oktyabr 2024
Ana səhifə / İran (page 7)

İran

Amerikanın hərbi gəmisi İranın pilotsuz uçan aparatını vurub

Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp iyulun 18-də Ağ Evdə jurnalistlərlə görüşündə İranın körfəzdə uçan bir pilotsuz aparatını vurduqlarından xəbər verib. Tramp deyib ki, İranın pilotsuz uçan təyyarəsi Hörmüz Boğazında üzən Amerikanın USS Boxer hərbi gəmisinin bir kilometrliyinə yaxınlaşaraq gəmiyə təhlükə yaradıb: “İran PUA-sına bir neçə dəfə xəbərdarlıq edilib. …

Davamı...

Amerikada bütün iranlı diplomatların hərəkətlərinə məhdudiyyətlər qoyulub

 Rəsmi Vaşinqtonun Amerikada fəaliyyət göstərən bütün iranlı diplomatlar və onların ailələrinin bu ölkədə hərəkətinə məhdudiyyətlər tətbiq etdiyi barədə xəbərlər yayılıb. Məlumatlarda qeyd edilir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) İranın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəliyinə məktub göndərib. Məktubda diplomatlardan və onların ailələrindən BMT-yə gedən yollardan, İranın təşkilatdakı nümayəndəliyindən, İran səfirinin …

Davamı...

Tramp: “İran çox təhlükəli bir sahəyə qədəm qoymaqdadır”

ABŞ prezidenti Donald Tramp iyulun 12-də Ağ Evdə jurnalistlərə açıqlamasında uranı yüksək səviyyədə zənginləşdirməklə bağlı fəaliyyətini yenidən bərpa etdiyinə və regionda atdığı provokativ addımlarına görə İrana sərt xəbərdarlıq edib. Öz açıqlamasında rəsmi Tehranın çox təhlükəli bir oyuna girdiyini vurğulayan Tramp, İran İslam Respublikasına səslənərək onu ağıllı tərpənməyə çağırıb: “İran təhlükəli …

Davamı...

Tramp: “Tezliklə İrana qarşı sanksiyaları əhəmiyyətli dərəcədə artıracağıq”

ABŞ prezidenti Donald Tramp iyulun 10-da “Twitter” səhifəsində yazdığı bir statusda İranın gizli nüvə fəaliyyətindən və Vaşinqtonun bu ölkəyə qarşı sanksiyaları daha da gücləndiriləcəyindən danışıb. Tramp bildirib ki, İran uzun bir müddət gizli şəkildə uranın zənginləşdirilməsi işi ilə məşğul olub və bu barədəki fəaliyyətini dünya birliyindən məxfi saxlayıb: “Bu isə …

Davamı...

Tom Kotton: “Uranın zənginləşdirilməsi ilə bağlı fəaliyyətin bərpası, İrana hakim axundların məhvinə aparan bir yoldur”

Amerika Birləşmiş Ştatları (ABŞ) Senatının Arkanzas ştatından seçilmiş yüksək rütbəli respublikaçı üzvü, senator Tom Kotton iyulun 8-də bəyanat yayaraq, İranın nüvə silahına yiyələnməsi məqsədilə nüvə sazişində uranın zənginləşdirilməsi üçün təyin edilən həddi aşmasına münasibət bildirib. O deyib ki, rəsmi Tehran onun nüvə silahı əldə etməsinin qarşısını almaq üçün qoyulan çərçivə …

Davamı...

Beynəlxalq agentlik: “İran uranın zənginləşdirilməsi üçün təyin edilən həddi keçib”

Beynəlxalq Atom Enerjisi Agentliyi bəyanat yayaraq, İranın nüvə sazişində uranın zənginləşdirilməsi üçün qoyulan limiti keçməsi barədə yayılan xəbərləri təsdiq edib. Beynəlxalq Atom Enerjisi Agentliyinin bir sözçüsü iyulun 8-də jurnalistlərə açıqlamasında deyib ki, qurumun baş direktoru Yukio Amano agentliyin  idarə heyətinə təqdim etdiyi hesabatda agentlik müfəttişlərinin bu məsələni təsdiq etdiklərini açıqlayıb: …

Davamı...

İran nüvə öhdəliklərini azaltmaq istiqamətində “2-ci addım”a start verib

 İran iyulun 7-də nüvə öhdəliklərini azaltmaq istiqamətində “2-ci addım”a başladığını rəsmən bəyan edib. Rəsmi Tehranın bəyanatına əsasən, İranın Avropaya verdiyi 60 günlük möhlət bitdiyindən, artıq bu ölkə iyulun 7-dən etibarən uranın nüvə razılaşmasında nəzərdə tutulan 3.67%-lik həddən çox zənginləşdirilməsinə start verib. İran Avropa ölkələrinin öz nüvə öhdəliklərinə tam əməl etmədiklərini …

Davamı...

Trampdan Ruhaniyə xəbərdarlıq: “Sizin təhdidləriniz sonunda özünüzə qarşı yönələcək”

Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp iyulun 3-də “Twitter”dəki səhifəsində yazdığı bir statusda İran prezidenti Həsən Ruhaninin ölkədə zənginləşdirilmiş uranın miqdarını artıracaqları barədə Amerika və Avropaya qarşı ünvanladığı təhdidinə reaksiya verib. Tramp paylaşdığı statusda Həsən Ruhaniyə səslənərək deyib ki, İranın səsləndirdiyi təhdidlər sonunda onun özünə qarşı yönələcək: “İran indicə …

Davamı...

Tramp: “Konqresin icazəsi olmadan İrana qarşı hücum əmri verə bilərəm”

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Konqresin icazəsi olmadan da İrana qarşı hücum əmri vermək səlahiyyətinin olduğunu deyib. Jurnalistlərin suallarına cavablandıran Tramp hər zaman atdığı addımlarla bağlı Konqresə məlumat verdiyini və buna davam edəcəyini deyib. Lakin əlavə edib ki, əksər insanlar prezidentin Konqresin icazəsi olmadan hücum əmri verə bilməyəcəyini düşünür, …

Davamı...

Amerika Xamneyi və 8 “Sepah” komandanına qarşı sanksiya tətbiq edib, cari həftə Zərif də bu siyahıya əlavə ediləcək

Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp “Sepah”-ın ABŞ-a məxsus pilotsuz uçan aparatı vurmasına cavab olaraq İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı fərman imzalayıb. Yeni fərmana əsasən, bu sanksiyalar İranın “dini lideri” Əli Xamneyi və onun başçılıq etdiyi qurumun işçilərinə də şamil olunacaq. Tramp fərmanla bağlı qeyd edib ki, …

Davamı...