Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında Təl-Əbyad və Ras-əl-Ayn şəhərləri ətrafında bir neçə yaşayış məntəqəsini terrorçulardan azad edib. Trend-in məlumatına görə, hazırda Türkiyə ordusu Azad Suriya Ordusu ilə birgə Suriyanın şimalında quru əməliyyatlarını davam etdirir. Bu arada Türkiyənin Şanlıurfa əyalətinin Akçakale rayonuna terrorçu PKK/YPG-PYD qruplaşmasının işğalı altında olan ərazisindən 2 top …
Davamı...Erməni idmançı türk rəqibini boğaraq öldürmək istədi – VİDEO
Türkiyəli idmançı Batuhan Akduman və erməni rəqibi Rafael Abramyan arasında qaydasız döyüş üzrə yarış keçirilib. Döyüş zamanı erməni idmançı türkiyəli rəqibini boğaraq öldürmək istəyib. Bu hadisənin görüntüləri sosial şəbəkələrdə və Türkiyə mətbuatında yayılıb. Hakim idmançıları ayırmağa cəhd etsə də, erməni döyüşçü Batuhan Akdumanı boğmağa çalışıb. Bir müddət sonra türkiyəli idmançı …
Davamı...Türkiyə vətəndaşları Azərbaycana bu gündən vizasız gələ biləcəklər
Sentyabrın 1-dən etibarən Azərbaycan Respublikasına 30 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv edilib. Azərbaycan ərazisinə 30 gündən artıq qalmaq istəyən Türkiyə Respublikası vətəndaşlarının statusu Azərbaycan Respublikasının müvafiq qanunları ilə tənzimlənir. Qeyd edək ki, iyul ayında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən …
Davamı...Atambayev dövlət çevrilişində günahlandırılır – Ömürlük həbs oluna bilər
Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev dövlət çevrilişində günahlandırılır. AZƏRTAC-ın yaydığı məlumata görə, bu barədə Qırğızıstan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Orazbek Otumbaev Bişkekdə keçirdiyi mətbuat konfransında məlumat verib. O deyib ki, sabiq prezident və onun tərəfdarları dövlət qüvvələrinə silahlı müqavimət göstərib və hətta Almazbek Atambayev öldürmək məqsədilə xüsusi təyinatlılara 6 dəfə odlu …
Davamı...Azərbaycanla Türkiyə arasında viza ləğv edildi
Azərbaycanla Türkiyə arasında viza ləğv edilib. Bu barədə məlumatı Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu yayıb. O bildirib ki, prezident İlham Əliyevin sərəncamı ilə 1 sentyabrdan Türkiyə vətəndaşları Azərbaycana vizasız səfər edə biləcəklər. M. Çavuşoğlu bu gün Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimlə görüşüb. Qeyd edək ki, Azərbaycan vətəndaşları Türkiyəyə vizasız …
Davamı...Rəsmi Ankara Türkiyənin F-35 proqramından çıxarılması barədə qərarı qanunsuz adlandırıb
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Türkiyəni F-35 proqramından çıxartması qərarı müttəfiqlik ruhuna zidd olan birtərəfli və qanunsuz addımdır. Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Bəyanatda bildirilir: “Ağ Ev və ABŞ Müdafiə Nazirliyi bəyan etdi ki, bizim ölkəmiz S-400 komplekslərinin alınmasına görə F-35 proqramından çıxarılacaq. Bu birtərəfli …
Davamı...İstanbulda İmamoğlunun qələbəsi rəsmən elan edildi
Türkiyə Ali Seçki Qurumunun (YSK) sədri Sadri Güvən İstanbulda iyunun 23-də keçirilən təkrar bələdiyyə seçkilərinin yekun nəticəsini açıqlayıb. “Anadolu” agentliyinin verdiyi məlumata görə, S.Güvən seçkilərdə Ədalət və İnkişaf Partiyasından bələdiyyə sədrliyinə namizəd Binəli Yıldırımın 3935 453 səs, Cümhuriyyət Xalq Partiyasından namizədliyi irəli sürülmüş Əkrəm İmamoğlunun isə 4 741 868 səs …
Davamı...MSK: Tokayev 70,76% səslə Qazaxıstanda prezident seçkisində liderlik edir
Qazaxıstanda keçirilən prezident seçkilərində Kasım-Jomart Tokayev 70,76 faiz səslə liderlik edir. Bu barədə “Report” Qazaxıstan Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına əsasən məlumat yayıb. Qeyd edək ki, Qazaxıstanda iyunun 9-da keçirilmiş prezident seçkisində saat 20:00-da seçki məntəqələrinin əksəriyyətinin bağlandığı ana olan məlumata görə, seçici fəallığı 77,4% təşkil edib. Xatırladaq ki, təxminən, …
Davamı...Litva parlamenti Krım Tatar Sürgününü soyqırım olaraq qəbul etdi
Litva (Litvani) parlamenti Krım Tatar türklərinin Sürgününü soyqırım olaraq qəbul etdi. Litva xarici işlər naziri Linas Linkevicius “twitter” sosial media hesabından Krım tatarlarına 18 may 1944-cü ildə tətbiq olunan sürgünün Litva parlamentində soyqırım olaraq qəbul edildiyini bildirərək deyib: “Litva parlamenti totalitar Stalin rejimi tərəfindən 75 il əvvəl Krım tatarlarının kütləvi …
Davamı...Kərkükdə silsilə partlayışlar olub – Ölənlər və yaralananlar var
İraqın Kərkük şəhərində bir neçə partlayış olub. “Report” xəbər veriri li, partlayışlar nəticəsində 6 nəfər həlak olub. Bildirilir ki, şəhərin müxtəlif yerlərində fərqli saatlarda partlayıcı maddələr və partlayıcı qurğularla dolu avtomobillər partladılıb. Rudaw kanalının məlumatına görə, hücumların nəticəsində 18 nəfər yaralanıb. Daha əvvəl, İraqın Mosul şəhərində partlayıcı maddə ilə dolu bir avtomobilin …
Davamı...