Almaniya prezidenti Frank-Valter Ştaynmayer Nürnberqdə “Qardaşlıq həftəsi”nin açılışında antisemitizmin artması təhlükəsi haqqında bildirib.
Bu barədə “Deutsche Welle” məlumat yayıb.
O, qeyd edib ki, Almaniyada antisemitizm özünü büruzə verir. Prezident həmçinin şikayətlənib ki, bu, ona “acı və ağrılı”dır.
“Yəhudilərə nifrətin istənilən təzahürləri Konstitusiyaya və demokratiyaya hücumdur”, – deyə siyasətçi əlavə edib. “Report”