İsrail Mərkəzi seçki Komissiyası Benyamin Netanyahunun sədrlik etdiyi “Likud” partiyasının parlament seçkisində 36 yer qazanaraq birinci olduğunu açıqlayıb.
Avropa.info xəbər verir ki, Netanyahunun rəqibləri Mavi-Ağ İttifaqın üzvləri 120 yerli parlamentdə 35 yer qazana biliblər. Aviqdor Libermanın sədrlik etdiyi “İsrail evimiz” partiyası 5 yer ala bilib.
İsrailli ərəblərin partiyası “Ərəb İttifaqı” 6 yer, sol yönlü “Meretz” partiyası 5 yer qazana bilib.
Seçki nəticələrinə görə, ultra-sağ cinahın 65 deputatla təmsil olunduğu parlamentin hökumət qurmaq imkanı böyük görünür.
Mavi-Ağ İttifaqın iki liderindən biri olan Benni Qantz nəticələrin açıqlanmasından sonra “Netanyahu ultra-sağ tərəfdarları ətrafında topladı, hökuməti quracaq, nəticə budur. Seçkilərin nəticələri nəzərə alınarsa həqiqət budur” – demişdi.