Çərşənbə , 24 Aprel 2024
Ana səhifə / Dünya / Pentaqon Ərdoğanın İncirlik bazası barədə sözlərini şərh edib

Pentaqon Ərdoğanın İncirlik bazası barədə sözlərini şərh edib

Amerika Birləşmiş Ştatları (ABŞ) Türkiyənin hərbi bazalarını, o cümlədən İncirlik aviabazasını yalnız Ankaranın icazəsi ilə istifadə edir.

“Trend”in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Pentaqondan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İncirlik və Kürecik bazalarının ABŞ üçün bağlana biləcəyinə dair sözlərini şərh edərkən deyiblər.

Pentaqondan bildirilib: “ABŞ qüvvələri Türkiyənin hərbi bazalarını, o cümlədən İncirlik aviabazasını yalnız Ankaranın icazəsi ilə istifadə edirlər. Biz Türkiyədəki qüvvələrimizin statusunu NATO üzrə müttəfiqimizlə əməkdaşlığımıza və onu qorumağa bağlılığımızın simvolu kimi görürük”.

Qeyd edilir ki, Türkiyə NATO-nun Əfqanıstanda, Kosovoda, İraqda missiyalarına töhfə verir və ABŞ Milli Təhlükəsizlik Strategiyasının məqsədləri üçün vacib rol oynayır: “Biz Türkiyəni S-400 və digər fikir ayrılığı yaranmış sahələr ilə əlaqədar daha konstruktiv siyasət yürütməyə çağırırıq və bu münasibətləri qorumağa çalışırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir