Cümə axşamı , 10 Oktyabr 2024
Ana səhifə / Dünya / Putin: “Rusiya və Türkiyə Suriya problemi ilə bağlı birgə sənədi razılaşdırdı”

Putin: “Rusiya və Türkiyə Suriya problemi ilə bağlı birgə sənədi razılaşdırdı”

Rusiya və Türkiyə Astana razılaşmasını və terrorçularla mübarizəni davam etdirməlidir.

“Report”un yaydığı məlumata görə, bunu dünən Moskvada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən görüşün yekununa dair mətbuat konfransında Rusiya Federasiyasının Prezidenti Vladimir Putin deyib.

Mətbuat konfransında çıxış edən Vladimir Putin bildirib ki, Rusiya və Türkiyə Suriya probleminin nizamlanması üçün birgə sənədi razılaşdırıb.

Qeyd edək ki, dünən Kremldə Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. Görüşdə Suriyanın İdlib əyalətindəki vəziyyət müzakirə olunub.

Türkiyə Prezidentini görüşdə Xarici işlər naziri Mövlud Çavuşoğlu, Müdafiə naziri Hulusi Akar, Xəzinədarlıq və Maliyyə naziri Berat Albayrak və Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri Hakan Fidan, habelə başqaları müşayiət ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir