Cümə axşamı , 10 Oktyabr 2024
Ana səhifə / Dünya / Tramp Amerikanın neft hasilatını azalda biləcəyini istisna etməyib

Tramp Amerikanın neft hasilatını azalda biləcəyini istisna etməyib

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp lazım olacağı təqdirdə OPEK+-un ardınca neft hasilatının azaldılması ilə bağlı qərar verəcəyini istisna etməyib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, Tramp mətbuat konfransında OPEK+ üzvlərinin Vaşinqtona bununla bağlı sorğu göndərəcəyi təqdirdə ABŞ-ın istehsalı azaldıb-azaltmayacağına dair sualı cavablandırarkən belə deyib.

“Bu, verməli olduğumuz bir qərardır. Belə bir qərarı verə də bilərik, verməyə də bilərik”, – deyə bildirib.

Eyni zamanda, Ağ Ev rəhbəri qeyd edib ki, indiyə qədər ona belə bir sorğu ilə müraciət olunmayıb və hazırda bazarda tələb olmadığından, o bunun avtomatik olaraq baş verəcəyinə inanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir