Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp Şimali Koreyanın nüvə sınaqları stansiyasının inşasına başlaması xəbərinə münasibət bildirib.
Publika.az xəbər verir ki, Tramp dəqiq bir fikir söyləmək üçün erkən olduğunu deyib.
Ağ Evdə jurnalistlərlə görüşən ABŞ lideri iddiaların araşdırılacağını bildirib: “Dəqiq bir şey demək üçün hələ tezdir. Amma əgər doğrudursa, Kim Çen Inla bağlı böyük məyusluq keçirəcəm”.
Qeyd edək ki, iki dövlətin lideri 27-28 fevralda Vyetnamın paytaxtı Hanoyda bir araya gəlmiş, lakin zirvədə hər hansı bir razılıq çıxmamışdı.
Tramp bu görüşlə bağlı
danışarkən “onlar sanksiyaların tamamilə qaldırılmasını istədi. Bizim isə bunu
etmək niyyətimiz yoxdur. Bu səbəbdən də razılığa gələ bilmədik” sözlərini
demişdi. Şimali Koreyanın xarici işlər naziri isə ABŞ-dan sanksiyaların qismən
ləğv edilməsini xahiş etdiklərini bildirmişdi.