Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamenti Xəlifə Həftardan Liviya (Libi) paytaxtı Tripoliyə hücuma son qoyulmasını tələb ed
“Report” RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo bəyan edib.
Onun sözlərinə görə, ölkədə vəziyyətin sabitləşdirilməsində bütün tərəflər məsuliyyət daşıyır:
“Tripoliyə birtərəfli hərbi hücum mülki vətəndaşların həyatını təhlükəyə atmaqla yanaşı, liviyalıların xoşbəxt gələcəyinə olan perspektivləri tamamilə sıradan çıxarır” – sitatın sonu.
M. Pompeo vurğulayıb ki, Liviya münaqişəsinin hərbi yolla həlli mümkünsüzdür.